"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail rayonu Bibiheybət bələdiyyəsinin 2022-ci ilin 6 ayı üzrə gördüyü işlər haqqında HESABATI

--2022-07-21 / 11:37

Səbail rayonu Bibiheybət bələdiyyəsinin 2022-ci ilin 6 ayı üzrə gördüyü işlər haqqında

HESABATI

Bələdiyyənin büdcəsi qəsəbə sakinlərindən yığılan əmlak torpaq vergisi,mehmanxana və santoriya xidmətlərinə görə ödənişlərdən formalaşır ki,buda qəsəbənin abadlaşmasına,sakinlərin müraciətlərinə əsasən maddi yardımlara,onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlərə,təmir-abadlıq işlərinə sərf olunur.
Belə ki,2022-ci ilin 6 ayı ərzində bələdiyyənin gəliri 18073 manat,xərci isə 15742 manat olmuşdur.Büdcə gəlirlərinin əsas mənbəyi olan əmlak vergisi 2901 manat,torpaq vergisi 1269 manat,mehmanxana və sanatoriya ödənişləri 2043 manat,avtomobilllərin dayanacaqları üçün ödənişlər 400 manat,icarə haqqları 4000 manat,hüquqi şəxslərdən ianələr 2460 manat və dotasiya 5000 manat bələdiyyənin yarımillik büdcəsini təşkil etmişdir.
Bələdiyyənin sosial müdafiə proqramına uyğun olaraq 6 ay ərzində 650 manat vəsait mürcaiətlərə əsasən maddi yardımlara,1150 manat mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə,4900 manat qəsəbədə təmir-abadlıq işlərinə,bələdiyyənin idarərtmə xərcləri üçün isə ümumi 9042 manat vəsait sərf olunmuşdur.
Bələdiyyə üzvlərinin 2022-ci ilin 6 ayı ərzində 7 iclası keçirilmişdir.İclaslarda daimi komissiyalar tərəfindən müzakirəyə çıxarılan məsələlərin hər biri barədə müvafiq qaydada qanunvericiliyə uyğun qərarlar verilərək icra olunmuşdur.Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri iclas müzkirələrinə çıxarılaraq bələdiyyənin fəaliyyətində hər zaman nəzərə alınmışdır.
Cari ilin hər bir bayramında Novruz bayramı,Ramazan Bayramı,Qurban bayramı,1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə qəsəbə sakinləri üçün tədbirlər keçirilmiş,aztəminatlı ailələrə ərzaq yardımları təqdim olunmuşdur.Bundan başqa qəsəbə sakinlərinin müraciəti əsasında N.Quliyev küçəsində cari təmir işləri aparılmış və I Qarabağ şəhidi Əliyev Camal Hacıağa oğlunun qəbirüstü abidəsi yenidən bələdiyyə tərəfindən bərpa olunmuşdur.
Bibiheybət bələdiyyəsi tərəfindən mütamadi olaraq sakinlərlə görüşlər keçirilmiş,xüsusən şəhid və qazi ailələri ilə,onların problemləri və qayğıları ilə yaxından tanış olunmuş və müraciət edən vətəndaşların problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir və keçirilməkdədir.

Səbail rayonu Bibiheybət bələdiyyəsi

ŞƏRHLƏR