"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsinin 2022-ci ilin 6 aylıq Hesabatı

--2022-07-21 / 11:51

Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Səbail rayonun gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.

Səbail bələdiyyəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair Qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 5-ci çağırış keçirilmiş bələdiyyə seçkilərindən iki il altı ay ötmüşdür. Ötən müddət ərzində Səbail bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmiş, Şəhid ailələri və qazilərimizlə mütəmadi əlaqə saxlanılaraq ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər görülmüşdür.

2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının ermənistan işğalçıları tərəfindən 30 illik işğalına son qoyuldu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi.

Bu haqq savaşında Səbail rayonunda da şəhidlərimiz, qazilərimiz oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Prezident İlham Əliyevin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilidi. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılandı, onların dövlətimizə və Ali Baş Komandanımıza inam hisslərini, məhəbbətini gündən-günə daha da artırdı.

Səbail bələdiyyəsi olaraq, tərəfimizdən rayonumuzda II Qarabağ müharibəsində iştirak edib şəhid olmuş övladlarımızın ailələrinə və yaralanan əsgərlərimizə həm maddi, həm də mənəvi dəstək göstərildi və bu günə kimi bu diqqət davam edir.

6 ay ərzində Səbail bələdiyyəsi üzvlərinin 10 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. İş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 156 ərizə, təşkilatlardan isə 856 məktub daxil olmuşdur. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

20.01.2022-ci ildə Səbail Bələdiyyəsinin kollektivi Azərbaycan Respublikasının qanlı tarixinin şəhidlərini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmiş və şəhidlərimizin məzarlarına əklil və gül dəstələri qoymuşdur.Səbail Bələdiyyəsinin inzibati ərazisində yaşayan 20 yanvar şəhidimiz Larisa Məmmədovanın ailəsinin yaşadıqları evin qarşısında şəhidimizin adının əbədiləşdirilməsi üçün müraciətinə əsasən yaşadıqları evin önünə xatirə barelyefi quraşdırılmışdır.

02.02.2022-ci ildə Səbail Bələdiyyəsinin rəhbər heyəti Türk Dünyası bələdiyyələr birliyinə üzv bələdiyyələrlə onlayn video konfransda iştirak etmişdir.İclasda bir çox məsələlər müzakirə olunmuş və qarşıdaki zamanlarda bu cür iclasların daha sıx və mütəmadi keçirilməsi qərara alınmışdır.

02.02.2022-ci il tarixində həmçinin Səbail Bələdiyyəsində Gənclər Gününə həsr olunmuş tədbirdə keçirilmişdir.Tədbirdə Səbail bələdiyyəsinin gənc perspektivli əməkdaşları və Səbail Bələdiyyəsinin inzibati ərazisində yaşayan, dövlətçilik siyasətinin vətəndaşlar arasında mütəmadi təbliğ edən gənc sakinlərimizdə Səbail Bələdiyyəsinin sədri tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuşlar.

26.02.2022-ci il Xocalı soyqırımının anım günü olaraq Səbail Bələdiyyəsi kollektivi Ana harayı abidə kompleksinin ziyarət etmiş ,abidə önünə əklil və gül çələngləri qoyaraq şəhidlərimizin ruhuna dualar etmişlər.

08.03.2022-ci 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Səbail bələdiyyəsində tədbir təşkil olunmuşdur.Tədbirdə Səbail Bələdiyyəsinin inzibati ərazisində yaşayan Şəhid anaları və xanımları, o cümlədən aztəminatlı ailələrdə yaşayan bir çox xanımlar bələdiyyəmiz tərəfindən müxtəlif hədiyyələrlə təbrik edilmiş və hər zaman Azərbaycan xanımına xas olan xüsusiyyətlərin qorunub saxlanılması arzu edilmışdır.

21.03.2022-ci ildə Azərbaycanımızın adət-ənənələri ilə zəngin milli bayramımız olan Novruz Bayramı ilə əlaqədar olaraq bələdiyyəmiz tərəfindən konsert proqramı təşkil olunmuşdur.Konsertdə Vətən uğrunda şəhid olan oğullarımızın ailə üzvləri, aztəminatlı ailələr, Çernobil əlilləri,Səbail rayon əlillər cəmiyyətinin üzvləri və rayon sakinləri iştirak etmişlər.

29.04.2022-ci il tarixində Səbail Bələdiyyəsinin inzibati binasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən bələdiyyəmizin üzv və qulluqçularına ekologiya ilə bağlı müxtəlif mövzularda seminar keçirilmişdir.

10.05.2022-ci il tarixində Ulu Öndərimiz Heydər Əliyevin anadan olması ilə əlaqədar olaraq ilk öncə Səbail Bələdiyyəsinin konfrans zalında anım tədbiri keçirildi, daha sonra isə Səbail Bələdiyyəsi üzvləri və qulluqçuları kollektiv şəkildə Fəxri Xiyabana gedərək Ulu Öndərimizi ziyarət edərək məzarı üzərinə əklil və gül dəstələri qoymuşlar.

13.05.2022-ci il tarixində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən Bələdiyyə qulluqçularına müxtəlif mövzularda seminarlar keçirilmişdir.

28.05.2022-ci il Respublika günü ilə əlaqədar olaraq Səbail Bələdiyyəsinin inzibati binasında tədbir keçirilmişdir.Tədbirdə Bələdiyyə sdəri çıxış edərək respublikamızın hansı çətinliklərdən keçərək bu cür güclü dövlətə çevirilməsi haqqında ətraflı danışaraq bu gün münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi.

02.06.2022-ci il tarixində Koranavirus pandemiyasının azalmasının nəzərə alaraq Səbail bələdiyyəsi üzv və qulluqçuları vətəndaşlarla səyyar görüşləri bərpa etdi.Vətəndaşlarla görüşlərdə üzə çıxan problemlərlə bağlı yerindəcə tədbirlərin görülməsi həyata keçirilir.Əgər hər hansı bir problem bələdiyyə səlahiyyətlərindən kənar olması qeydə alınmışsada o zaman müvafiq qurumlara bələdiyyəmiz tərəfindən problemin həllinə köməkliklə bağlı rəsmi müracət ünvanlanmışdır.

 Səbail bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, həmçinin dövlət büdcəsindən verilən vəsaitin ümumilikdə 2022-ci ilin 6 ayı üçün  401071 manat təşkil etmişdir.

Bələdiyyələrlə İş Mərkəzi tərəfindən daxil olan tövsiyələrə və qanunvericiliyə istinad edərək, vergi agentləri vergi yığımının artırılmasında böyük səy göstərmişlər.

Bu da 2021-ci ilin 6 ayı üzrə müqayisədə yerli (bələdiyyə) vergi yığımı 60 % çox olmuşdur.

 O cümlədən:

-         fiziki şəxslərdən torpaq vergisi –     4948  manat;

-         fiziki şəxslərdən əmlak vergisi –   109544 manat;

-         kurort və mehmanxana rüsumu-   191936 manat.

-         Avtomobil dayanacaqlarında     ­­-    55611 manat

-         Reklam yerləşdirilməsi və yayıımı üçün ödənişlər- 832 manat

-         Azərbaycan Respublikası dövlət büdcəsindən verilən vəsait - 38200 manat

 

 2022-ci ilin 6 ayı ərzində xərclər isə - 367538 manat təşkil etmişdir.

 O cümlədən:

 -    Bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 144838   manat;

-   Bələdiyyə işçilərinin əmək haqlarından DSMF-yə, icbari Tibbi sığorta ayırmalar- 31440 manat;

-       Maddi yardımlara – 28848 manat;

-       Abadlıq-təmir işlərinə - 23397 manat;

-       Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi –27784 manat

-      Mükafat, ad günü təltifləri və ezamiyyə xərcləri - 3810 manat

-      Xidməti avtomobilin təmir və saxlanılma və yanacaq xərcləri-7502 manat

-  Təsərrüfat məqsədləri üçün malların, inventar və avadanlıqların dəftərxana ləvazimatı, yanacaq sürtkü materiallarının alınması -96069 manat;

-     Mədəni- kütləvi bayram tədbirlərin təşkili, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclər - 3850

Novruz bayramı ilə əlaqədar, şəhid ailələri,müharibə veterenları, çernobıl qəzası əlilləri və aztəminatlı ailələrinə cəmi 100 nəfər olmaqla, 2640 (iki min altı yüz qırx) manat dəyərində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Ümumilikdə 6 ay ərzində 300 nəfər bələdiyyə sakininə ərzaq, maddi və digər yardımlar göstərilib.

Bələdiyyəimizin fəaliyyətində hər zaman şəhadətə ucalmış, canından, qanından    keçmiş şəhid övladlarımızın ailələrinə, qazilərimizə köməkliyimizi, dəstəyimizi əsirgəməyəcəyik, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.Bu məqsədlər Vətən müharibəsində şəhid olmuş bələdiyyə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ailələrinin müraciəti əsasında yaşadığı ərazilərdə abadlıq yenidənqurma işləri aparılır, barelyefləri quraşdırılır.Son 6 ay ərzində Səbail Bələdiyyəsinin inzibati ərazisində 5 şəhidimizin barelyefi quraşdırılmışdır.

Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq.

Bundan sonrakı fəaliyyətimizi ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini işdə rəhbər tutacağıq.  

 

 Hacı Əliyev

Səbail bələdiyyəsinin  sədri                                                                              

 

ŞƏRHLƏR