"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsinin 2021-ci ilin 6 aylıq Hesabatı

--2021-07-26 / 15:05

Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Səbail rayonun gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.

Səbail bələdiyyəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair Qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 5-ci dəfə keçirilmiş bələdiyyə seçkilərindən bir il altı ay ötmüşdür. Ötən müddət ərzində Səbail bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmiş, Şəhid ailələri və qazilərimizlə mütəmadi əlaqə saxlanılaraq ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər görülmüşdür.

2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının ermənistan işğalçıları tərəfindən 30 illik işğalına son qoyuldu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi.

Bu haqq savaşında Səbail rayonunda da şəhidlərimiz, qazilərimiz oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Prezident İlham Əliyevin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilidi. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılandı, onların dövlətimizə və Ali Baş Komandanımıza inam hisslərini, məhəbbətini gündən-günə daha da artırdı.

Səbail bələdiyyəsi olaraq, tərəfimizdən rayonumuzda II Qarabağ müharibəsində iştirak edib şəhid olmuş övladlarımızın ailələrinə və yaralanan əsgərlərimizə həm maddi, həm də mənəvi dəstək göstərildi və bu günə kimi bu proses davam edir.

Dünyanı cənginə almış koronavirus pandemiyası bütün dünya ölkələri, cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və digər istiqamətlər baxımından ciddi sınaq oldu. Koronavirus infeksiyası ən inkişaf etmiş ölkələrdə belə, hər gün çoxlu sayda insanın həyatına son qoyur. Azərbaycanda bu virusa qarşı mübarizədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilmiş və bütün resurslar ölkə əhalisinin sağlamlığının qorunmasına yönəldilmişdir. Təqdirəlayiqdir ki, koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində, Azərbaycanda epidemiyanın geniş yayılmasına imkan verilmədi. Bu baxımdan dövlətimiz ən zəruri olan addımları atdı. Yerliözünü idarə orqanı olaraq Səbail bələdiyyəsidə pandemiyanın qarşısının alınması məqsədi ilə zəruri tədbirlər görürdü və görməyədə davam edir. Beləki Səbail bələdiyyəsində yaradılan mobil qruplar müntəzəm olaraq ərazi üzrə reydlər keçirir.

Hazırda ölkəmizdə əhalinin peyvəndlənməsi işlərinin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan üç milyondan artıq insan peyvənd olunmuşdur. Vaksinasiyanın əhatə dairəsini daha da genişləndirmək üçün, əhali arasında tərəfimizdən də maarifləndirmə işləri aparılmışdır və bu davam edir. Eyni zamanda yaşlı insanların qeydiyyat prosesinidə Səbail bələdiyyəsi olaraq köməklik göstərilmişdir.

Pandemiya ilə əlaqədar sakinlərimizin problemlərini yerində öyrənir və həllinə çalışırıq.

6 ay ərzində Səbail bələdiyyəsinin 9 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. İş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki və pandemiya ilə əlaqədar bir sıra tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 232 arayış, ərizə, təşkilatlardan və digər orqanlardan isə, 303 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 298 vətəndaş sosial məsafə qorunmaqla qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

 Səbail bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən, büdcənin gəlirləri 2021-ci ilin 6 ayı üçün  250316 manat təşkil etmişdir.

Bələdiyyələrlə İş Mərkəzi tərəfindən daxil olan tövsiyələrə və qanunvericiliyə istinad edərək, vergi agentləri vergi yığımının artırılmasında böyük səy göstərmişlər.

Bu da 2020-ci ilin 6 ayı üzrə müqayisədə yerli (bələdiyyə) vergi yığımı 31,64 % çox olmuşdur.

 

O cümlədən:

-         fiziki şəxslərdən torpaq vergisi –   7283   manat;

-         fiziki şəxslərdən əmlak vergisi –   79791 manat;

-         kurort və mehmanxana rüsumu-   109903 manat.

-         Avtomobil dayanacaqlarında     ­­- 52935 manat

-         Reklam yerləşdirilməsi və yayıımı üçün ödənişlər- 404 manat

 2021-ci ilin 6 ayı ərzində xərclər isə - 247369 manat təşkil etmişdir.

 O cümlədən:

 -   Bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 129859   manat;

-   Bələdiyyə işçilərinin əmək haqlarından DSMF-yə, icbari Tibbi sığorta ayırmalar- 30633 manat;

-       Maddi yardımlara  10988 manat;

-       Audit xidməti –2000 manat;

-       Abadlıq-təmir işlərinə - 2039 manat;

-       Kommunal xərclərə (işıq, qaz,su,rabitə ) icarə haqqı –28400 manat

-       Milli Assosiasiyaya, digər qurum və təşkilatlara xidmət və üzvlük haqları, poçt xidmətləri, bank xidmətləri ödənişləri –24777 manat;

- Mükafat və ad günü təltifləri- 3083 manat

- xidməti avtomobilin təmir və saxlanılma və yanacaq xərcləri-5214 manat

-  Təsərrüfat məqsədləri üçün malların, inventar və avadanlıqların dəftərxana ləvazimatı, yanaacq sürtkü materiallarının alınması -10376 manat;

 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərindən 4 nəfərə və Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar isə, 2 şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir.

Novruz bayramı ilə əlaqədar, I Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər zamanı övladları şəhid olmuş ailələrə və qazilərə cəmi 31 nəfər olmaqla, 1000 (bir min) manat dəyərində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

Çernobıl faciəsinin 35-ci ildönümü ilə əlaqədar,12 nəfər əlilə 50 (əlli ) manat dəyərində ərzaq sovqatı verilmişdir.

Ümumilikdə 6 ay ərzində 600 nəfər bələdiyyə sakininə ərzaq, maddi və digər yardımlar göstərilib.

Bələdiyyəimizin fəaliyyətində hər zaman şəhadətə ucalmış, canından, qanından    keçmiş şəhid övladlarımızın ailələrinə, qazilərimizə köməkliyimizi, dəstəyimizi əsirgəməyəcəyik, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.Bu məqsədlər Vətən müharibəsində şəhid olmuş bələdiyyə sakinlərinin xatirəsinin abadlşdırmaq məqsədilə ailələrinin müraciəti əsasında yaşadığı ərazilərdə abadlıq yenidənqurma işləri aparılır, barelyefləri quraşdırılır.

Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına diqqəti daha da artıracağıq.

Bundan sonrakı fəaliyyətimizi ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini işdə rəhbər tutacağıq.  

Səbail bələdiyyəsi

ŞƏRHLƏR