"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsində türkiyəli qonaqlarla görüş keçirilib

--2021-08-04 / 11:02
Türkiyənin Sındırqı Bələdiyyəsinin rəhbər heyəti ilə Səbail bələdiyyəsi arasında işgüzar görüş olub.
Sındırqı bələdiyyəsinin sədri Ekrem Yavaş və başçılıq etdiyi nümayəndə heyəti Səbail bələdiyyəsində işgüzar görüş keçirilib.
Görüş zamanı Səbail bələdiyyəsinin sədri Hacı Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Türkiyə dövlət və hökumətlər arasındakı qardaşlıq bələdiyyələr arasında da sürətlə inkişaf edir. Bu inkişaf yolunda Sındırqı bələdiyyəsi ilə gələcək baş tutacaq birgə layihələr bələdiyyələrimiz arasındakı birgə tərəfdaşlığı daha yüksək səviyyələrə çatdıracaq.
Sındırqı bələdiyyəsinin sədri Ekrem Yavaş səmimi görüşə görə Səbail bələdiyyəsinin sədri Hacı Əliyevə və bələdiyyənin üzv əməkdaşlarına minnətdarlığını bildirib.
Daha sonra bələdiyyələr arasında inkişaf perspektivləri müzakirə olunub, görüləcək tədbirlər planı hazırlanıb.
Şəhər bələdiyyələri milli assosasiyasiyasının direktor müavini Tofiq Həsənov bələdiyyələr arasında birgə fəaliyyətin gələcək inkişaf üçün önəmindən bəhs edib. Səbail bələdiyyəsinin komissiya sədri Manaf Talıbov Səbail və Sındırqı bələdiyyələrinin mədəniyyət və tarix sahələrində ortaq həyata keçirilə biləcək işləri bildirib. Komissiya sədri Qurban Abbasov birgə fəaliyyətin önəmindən bəhs edib. Gənclər Gender informasiya və Layihələrlə iş şöbəsinin müdiri Taleh Mansurov Türkiyə və Azərbaycan bələdiyyələrinin ortaq layihələrin perspektivlərindən bəhs edib.
Görüşdə iştirak edən Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova Sındırqı bələdiyyəsinin nümayəndə heyətini salamlaylb, Səbail rayonunun tarixdən bəhs edərək bələdiyyələr arasında ortaq həyata keçiriləcək işlərdən danışıb.
Sonda Səbail bələdiyyəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Hüseyn Qurbanovun Prezident İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə" medalını Səbail və Sındırqı bələdiyyəsinin sədrləri birgə təqdim edib, Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyi vurğulanıb, hal-hazırda Türkiyədə davam edən yanğında Azərbaycanın dəstəyinin qardaşlığımızın göstəricisi olduğunu bildirilib.
İşğüzar görüşdən sonra rayon ərazisində gəzintiyə çıxılıb , sonda birgə şam yeməyi ilə görüş sona çatıb.
Səbail bələdiyyəsi
ŞƏRHLƏR