Səbail bələdiyyəsi vətəndaşlarla növbəti səyyar görüş keçirib. Bu barədə məlumat Səbail bələdiyyəsindən daxil olub.
Məlumatda bildirilir ki, 16 noyabr 2022-ci il tarixində Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, bələdiyyənin üzv və əməkdaşları ilə birgə A.Quliyev küçəsində vətəndaşlarla səyyar görüşdə sakinləri narahat edən məsələlər müzakirə olunaraq həlli istiqamətində lazimi tədbirlər görülüb.
Görüşdə komunal xidmətlərin və abadlıq xidmətinin nümayəndələri də iştirak edib.
Əlavə edək ki, Səbail rayonunda formalaşan üç -Səbail, Badamdar və Bibiheybət bələdiyyəsinin hər biri mütəmadi olaraq sakinlərlə görüşlər keçirərək onların problemlərinin həlli istiqamətində addımlar atır.
Belediyye.info