"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında HESABATI

--2022-02-11 / 09:52

Səbail bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında HESABATI

 

Səbail rayonu Səbail bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

 HESABAT

 Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Səbail bələdiyyəsi tərəfindən ümumi 21 iclas keçirilərək qərarlar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə  106 şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- əmlak vergisi- 187154 manat, torpaq vergisi 13818 manat mehmanxanalardan-307973 manat, avtodayanacaqlardan rüsum- 133474 manat, bələdiyyənin reklam fəaliyyətindən -1056 manat, dotasiyadan-32700 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-282810 manat, DSMF-61752 manat, bələdiyyənin saxlanmasına- 103470 manat , sosial yardımlar üzrə ödənişlər- 64313 manat , Şəhid ailələrinin il mərasimi ilə bağlı 10000 manat, abadlaşdırma üçün 69095 manat, malların alınması və xidmətlər üçün – 82597 manat xərclənmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.

Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 33 müraciət, o cümlədən Səbail rayon İcra Hakimiyyətindən 7 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Səbail bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 571 müraciət qeyd edilən məsələlərə aid olub:

Müraciətlərin 558 müsbət həll olunub                   

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 525 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” də (telefon 4910589) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 495 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 130 vətəndaş qəbul edilmişdir.

Səbail Bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan tənha qadınlar bayram münasibəti ilə təbrik edilmişdir. Novruz bayramı münasibəti ilə, “Zəfər Xonçası” adlı tədbir həyata keçirilmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə “Zəfər Xonçası” adlı sovqatlar təqdim edilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan çoxsaylı aztəminatlı, əlil, yardıma ehtiyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.

Ramazan ayında bələdiyyə tərəfindən ərazidə yaşayan aztəminatlı ailələrə bayram iftar süfrələri açılmış həmçinin, Çernobil faciəsinin il dönümü ilə əlaqədar “Çernobil Əlilləri İttifaqı”na, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinə ərzaq və maddi yardım göstərilmişdir.

Səbail bələdiyyəsinin inzibati binasında “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı stend hazırlanmışdır.

Ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Qənbərov Bilal Xanlar oğlu, Həsənov Vüsal Ariz oğlu, Teymurov Vüsal Zakir oğlu, Budaqov Yusif Ramiq oğlu, İbrahimli Cavidan Nizami oğlu, Əliyev Fərid Pirəli oğlu, Tağıyev Əli Aydın oğlu, Şükürlü Nicat Ayaz oğlu və Hüseynov İsmayıl Şahvələd oğlunun doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmiş və maddi yardım göstərilmişdir.

I Qarabağ müharibəsi şəhidi Əliyev Camal Hacıağa oğlunun barelyefi quraşdırılmışdır.

II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Qənbərov Bilal Xanlar oğlu, Həsənov Vüsal Ariz oğlu, Teymurov Vüsal Zakir oğlu, Budaqov Yusif Ramiq oğlu, İbrahimli Cavidan Nizami oğlu, Tağıyev Əli Aydın oğlu, Şükürlü Nicat Ayaz oğlu və Hüseynov İsmayıl Şahvələd oğlunun şəhidlərimizin xatirəsinin yaşadılması məqsədi ilə valideynlərinin istəyi ilə oxuduqları məktəblərin və yaşadıqları binaların qarşısında barelyefləri quraşdırılmışdır.

Hər il olduğu kimi bu ildə Sentyabr ayında inzibati ərazimizdə yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli forması, və ikinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına litseyli forması bələdiyyə tərəfindən təqdim olunmuşdur.

Səbail Bələdiyyəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Qara Yanvar faciəsini unutmayaq” adlı tədbir , 2 Fevral Gənclər Günü ilə bağlı qazilərimizlə birlikdə “Qalib Xalqın qalib gəncləri” adlı tədbir, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə, 15 İyun Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

31 Mart Soyqırım Günü ilə bağlı bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmiş, şəhidlərin həyatı haqqında hazırlanan videoçarx sosial şəbəkələrdə işıqlandırılmışdır.

27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, 18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir keçirilmişdir.

8 Noyabr “Zəfər Günü” və 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları birlikdə rayon ərazisində olan şəhidlərimizin məzarları ziyarət edilib.

Səbail rayon Səbail Bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, internet saytı və.s vasitələrlə çatdırır.

 SƏBAİL BƏLƏDİYYƏSİ 

ŞƏRHLƏR