"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi mobil qruplarla monitorinqləri davam etdirir

--2020-07-13 / 17:52

Səbail bələdiyyəsinin sədri Hacı Əliyev Səbail RİH-in təşəbbüsü və bələdiyyənin icra aparatının məsul əməkdaşlarının iştirakıyla xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvlərinin iştirakıyla rayon ərazisində fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində növbəti dəfə monitorinq keçirilmiş, izahat işləri davam etdirmişdir.

Bu barədə məlumatı Səbail bələdiyyəsi yayıb.

Keçirilən maarifləndirmə işlərində əhalinin əsasən çox sıx olduğu məkanlarda, market və supermarketlərdə və digər ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.

Sakinlərlə söhbətlərdə bir daha izah edilımşdir ki, bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsidir.

Belediyye.info

ŞƏRHLƏR