"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsi 101 yaşlı veteranı ziyarət edib

--2016-06-26 / 13:07

Səbail Bələdiyyəsinin sədri Firdövsi Cəbaryılovun Belediyye.infoya verdiyi məlumata görə,  bələdiyyənin təşəbbüsü ilə bu günlərdə bir qrup bələdiyyə üzvü və Bakı Dənizçilik Akademiyasının bir qrup tələbəsiylə 101 yaşlı müharibə veteranı Əhməd Mirzəyevi mənzilində ziyarət ediblər.

Görüşdə bələdiyyə üzvü Hacı Babayevdə iştirak edib.

Sədrin sözlərinə görə, görüşdə Azərbaycan dövlətinin müharibə veteranlarına, o cümlədən I Qarabag müharibəsinin iştirakçılarına göstərilən qayğıdan danışaraq, Ə.Mirzəyev kimi qəhrəmanların həyatı hər zaman gənc nəslə  örnək olduğunu  qeyd edib.

Görüşdə müharibə veteranı Əhməd Mirzəyev keçdiyi qəhrəmanlıq yolundan danışıb.

Sonda bələdiyyə sədri Ə.Mirzəyevə gətirdiyi hədiyyə və ərzaq bağlamasını təqdim edib.

Belediyye.info 

ŞƏRHLƏR