"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sarıtəpə bələdiyyəsində BAMS-ın tətbiq edilməsi məsələsi müzakirə edilib

--2017-10-29 / 15:10

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının iştirakıyla rayonun Sarıtəpə bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə  metodik tövsiyyələr verilib.

Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə  ətraflı şəkildə təmin edilsin.

Belediyye.infoya daxil olan məlumata  görə , Şəmkir RİH-nin təşəbbüsü ilə bu silsilədə müzakirələr ardıcıl olaraq rayonun bütün bələdiyyələrində aparılacaqdır.

Belediyye.info

ŞƏRHLƏR