"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saray bələdiyyəsinin üzvü Təranə Vəliyeva beş illik fəaliyyəti barədə hesabat verib

--2019-09-30 / 18:29

Abşeron rayonu Saray bələdiyyəsinin üzvü Təranə Vəliyeva beş illik fəaliyyəti barədə hesabat verib.

Hesabatı olduğu kimi təqdim edirik:

2014-2019-cu illərdə bələdiyyə üzvü olaraq (Ekologiya məsələləri daimi komissiyasının sədri, Yerli sosial və yerli iqtisadi məsələləri daimi komissiyasının müavini) gördüyüm işlərin qısa xülasəsi:

 

1. Seçicilərimə İKT-nin inkişafı, onun gündəlik həyatımızda rolu, azyaşlı uşaqların təlim və tərbiyəsində yaradıcı internet resurslarının rolu, distant təhsil texnologiyalarının tədrisdə inkişaf etdirilməsi yolları və müxtəlif istiqamətdə təlimlər keçirilmişdir;

https://www.facebook.com/deniismayil/videos/1452292111528700/

https://www.facebook.com/deniismayil/videos/1461844347240143/

2. “Azyaşlı uşaqların təlim və tərbiyəsində yaradıcı internet resurslarının rolu və əhəmiyyəti”, “Azyaşlı uşaqlar üçün internet resurslarının köməkliyi ilə interaktiv tapşırıqların hazırlanması”, “Yaradıcı müəllim yaradıcı təhsil – distant təhsil texnologiyalarının tədrisdə inkişaf etdirilmsi yolları ” metodiki vəsaitlər dərc edilmişdir;

3. Seçicilərimin övladları olan şagirdlərimin respublika səviyyəli müsabiqələrə cəlb edilməsi və dəfələrlə I və II yerlərə layiq görülmüşdür;

4. Gənclərlə “Savadsız vətəndaş savadsız cəmiyyətdir”, “Xeyirxah əməl”, “Sağlığında qiymət verin insanlara” adı altında qısa metrajlı filmlərin çəkilməsi və bununla da gənclərə savadsızlığın hansı fəsadlara gətirib çıxaraçağını göstərməklə onları oxumağa, xeyirxah olmağa, böyüklərə hörmət etmək mesajları verilmişdir;

https://www.youtube.com/watch?v=CTA0rE7DtY8

https://www.youtube.com/watch?v=-Zlgi53jQhg

5. Sosial şəbəkələrdə həmçinin Abşeron rayonun bir çox məktəblərində filmlərin nümayiş etdirilmiş və bukletlər paylanılmışdır;

6. Layihələri həyata keçirən zaman xüsusi istedada malik gənclərin ortaya çıxarılması. (Onlardan bəzilərinin mühəndislik sahəsi üzrə bacarıqlarını aşkar edərək Bakı Mühəndislik Universiteti ilə əlaqə saxlayıb onlardan bizə dəstək olmalarını xahiş etdim və universitet ilə əməkdaşlıq etməyə başladıq. Onlardan bəzilərinin hal-hazırda ali məktəbdə oxumasına baxmayaraq bizim əməkdaşlığımlz hələ də davam edir).

https://www.facebook.com/deniismayil/videos/1761718830586025/

7. Mühəndislik sahəsi üzrə xüsusi bacarığa malik olan 9-cu sinif şagirdi Vüsal Bayramovun Bakı Mühəndislik Universitetində keçirilən “Qış Elm” festivalına qatılaraq “Qızılgül” layihəsi ilə İnformatika kateqoriyası üzrə I yerə layiq görülmüşdür;

8. Bələdiyyələrdə fəaliyyət göstərən komissiyalarla bələdiyyə üzvləri ilə birlikdə araşdırmalar edərək sosial vəziyyəti aşağı olan həmçinin kimsəsiz xanımlara maddi və mənəvi dəstək olunmuşdur;

ŞƏRHLƏR