"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saray bələdiyyəsinin sədrini tanıyaq

--2019-06-19 / 21:04

Abşeron rayon Saray Bələdiyyəsinin sədri Tahirov Natiq Lətif oğlu 07 iyun 1971-ci il tarixdə Abşeron rayon Saray qəsəbəsində anadan olub.

1988-ci ildə Saray qəsəbəsi 1 saylı orta məktəbini, 2017-ci ildə Ukrayna Hüquq və İqtisadiyyat Universitetini bitirib.

1990-1997-ci illərdə Nəqliyyat və Ticarət Nazirliklərində, Bakı şəhəri Regional Ərazidə, Materiallarla təmin edilmə şöbəsində, ŞTAP Respublika Mülki Müdafiədə, Sumqayıt şəhər üzrə Regional ərazidə müxtəlif vəzifələrdə işləyib.

1998-2010-cu illərdə sahibkarlıq fəaliyyətiylə məşğul olub.

2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərinə qatılaraq Saray qəsəbəsində bələdiyyə üzvü və komissiya sədri vəzifəsinə seçilib.

08.07.2015-ci il tarixdən Saray bələdiyyəsinin sədr vəzifəsinə seçilib.

YAP üzvüdür.

Ailəlidir, 3 övlad atasıdır.

ŞƏRHLƏR