"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Samirə Həsənova: “Bələdiyyə işçilərinin də peşə bayramını qeyd etməyə haqları var”

--2019-03-06 / 17:53

Bu günlərdə Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov ölkəmizdə bələdiyyə gününün təsis edilməsiylə bağlı maraqlı təkliflə çıxış edib. Məsələyə münasibət bildirmək üçün bələdiyyə üzvlərinə müraicət etdik.

Məsələyə Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova münasibət bildirib. Belediyye.infonun sorğusuna ilk olaraq cavablandıran sədr müavini bildirib ki, millət vəkili Kamran Bayramov çox gözəl təkliflə çıxış edərək “Bələdiyyə günü” olmasını irəli sürmüşdür. “Düşünürəm ki, bələdiyyə işçilərinin də peşə bayramını qeyd eləməyə haqları var. Necə ki, ölkəmizdə gömrükçülər, vergi işçiləri, səhiyyədə və təhsildə çalışanlar öz peşə bayramlarını qeyd edirlər, eləcə də vətəndaşların xidmətində dayanan bələdiyyə işçilərinin də ildə bir gün bir yerə yığışmağa, sevinclərini, dərdlərini bölüşməyə, öz həmkarlarını yada salmağa, ötən günləri xatırlamağa ehtiyacları var.

İlk bələdiyyə seçkilərindən 20 ilə yaxın vaxt keçir. İnkişaf baxımından digər ölkələrlə, ən çox da qardaş Türkiyə ilə müqayisədə hələ çox çavan olsaq da, amma 20 il özlüyündə az müddət deyil. Bu keşməkeşli zaman kəsiyində hər seçkidən seçkiyə püxtələşmiş və bu günkü mərhələyə qədəm qoymuşuq.

Ötən dövr ərzində ərazilərin idarəedilməsində, istər abadlıq quruculuq, istər sosial layihələrin həyata keçirilməsində bələdiyyə əməkdaşlarının müstəsna xidmətləri olmuşdur.

Hörmətli Millət vəkilimizin təklifini alqışlayıram və hesab edirəm ki, bələdiyyə əməkdaşlarının xüsusi əməyini dəyərləndirərək ilin bir gününün məhz “Bələdiyyə günü” kimi təsis edilməsi bizim işimizə böyük mənəvi stimul, cəmiyyətdə isə bələdiyyələrin fəaliyyətinə rəğbət yaradar.”

Belediyye.info

 

ŞƏRHLƏR