"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Samirə Abışova: “Kimsə bələdiyyə vergisini verməyibsə əvvəl axır ödəməli olacaq, çünki...”

--2017-09-14 / 12:58

Müsahibimiz Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin  sədri Samirə Abışovadır.  Xanım bələdiyyə sədriylə bələdiyyənin fəaliyyətindən, qarşılaşdığı çətinliklərdən, habelə həyata keçirdiyi layihələrdən söz açırıq.

- Yerli vergilərin yığım səviyyəsində dəyişiklik varmı? Ümumiyyətlə yerli vergilərin yığımını necə qiymətləndirisiniz?

-Biz bilirik ki, bələdiyələr dövlət proqramlarının əhatə etmədiyi yerli proqramlara  görə cavabdehdirlər. Yerlərdə sosial, iqtisadi və ətraf mühitlə bağlı proqramları hazırlayıb həyata keçirməklə yerli  sakinlərin   ehtiyac və arzularına cavab verməlidirlər.

Təmsil olunduğum  Hacıqəhrəmanlı Bələdiyyəsi  bu gün  qəsəbə sakinlərinin bələdiyyədən gözlədiyi vəzifələri həyata keçirmək üçün çoxda böyük maliyyə mənbəyinə  malik deyilldir. Hacıqəhrəmanlı Bələdiyyəsinin   büdcəsi  torpaq, əmlak vergilərindən gələn gəlirlər hesabına  formalaşır.

Ötən 2015-2016–ci illərdə bələdiyyə vergiləri yığılması çoxda ürək açan olmamışdır. Vergilərin yığılmasında çətinliklər bu gündə qalmaqda davam edir. 2016- cı illin oktyabır ayından vergi ödəyicilərini  Bələdiyyələrin Avtomatlaşdırılmış məlumat sistemi bazasına ( BAMS ) qoşulduqdan sonra bu il ötən illərə nisbətdə vergilərin yığılmasında dönüş yaranmışdır. Mən ötən illərə nisbətdə bu ili yaxşı qiymətləndirirəm.

Bələdiyyənizin DSMF-yə borcu varmı, əgər varsa onun silinməsi üçün hansı addımlar atırsınız?

- Xeyir. Hacıqəhrəmanlı Bələdiyyəsinin DSMF- yə borcu yoxdur.

Bələdiyyənizin büdcə gəlirlərinin artırılması üçün hansı addım atırsnız? Bələdiyyə müəssisəniz varmı? Onun fəaliyyəti necə qurulub?

-Bələdiyyənin büdcəsini artırmaq mənim üçün çox vacib amillərdən biridir. Əlbəttə ki, bu məni çox düşündürür. Bələdiyyə büdcəsinin artırılması daha böyük layihələrin həyata keçirilməsi deməkdir. Gələcəkdə həyata keçirmək istədiyim layihələr qəsəbə sakinlərimin sosial–rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Xeyir. Bələdiyyə müəssisəmiz yoxdur. 

Sakinlərinizin bələdiyyənizə olan vergi borcunun ümumi həcmi barədə nə deyə bilərsiniz?

- Bildiyimiz  kimi Azərbaycanda həyata keçirilən torpaq islahatları nəticəsində dövlət mülkiyyətində olan torpaqların müəyyən hissəsi vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilib. Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridirlər. Təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq həmin şəxslər torpaq vergisinə cəlb olunurlar və onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Hacıqəhrəmanlı qəsəbəsində 549 təsərrüfat qeydə alınmış 1389750.24 kv.metr torpaq sahəsi qəsəbə sakinlərinın mülkiyyətində və istifadəsindədir. Həmin torpaqlar üzrə torpaq vergisi bir il üçün 5738.05 manat hesablanmışdır.  

Qəsəbədə 65900.00 kv. metr əmlak sahəsi qeydə alınmışdır. Bundan 51.590.00 kv. metr vergiyə cəlb olunmuşdur. Cəlb olunmuş vergi sahəsi üzrə 4.940.0 manat vergi  hesablanmışdır.

2015-2016-cı illər üzrə Hacıqəhrəmanlı Bələdiyyəsinə qəsəbə sakinlərinin  debitor borcu 16.399.99 manat  təşkil edir.

-  Borcu olan sakinlərlə münasibət hansı müstəvidə qurulub?

- Bələdiyyə üzvləri qəsəbə sakinləri arasında daim maarifləndirici işlər aparır. Keçirilən görüşlərdə qeyd olunur ki, əğər kimsə bələdiyyə vergisini verməyibsə əvvəl axır ödəməli olacaq. Çünki bu bir öhdəlikdir. Bələdiyyə onları bir daha əmin edir ki, bu gün vergilərdən gələn gəlirlər, sabah onların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək.

-  Bəs təsdiq etdiyiniz büdcənizin icrasını necə qiymətləndirisiz?

   Yaxşı qiymətləndirirəm.

-  Bələdiyyənizin büdcə vəsaitlərinin həcminin artırlması üşün nəyi təklif edərdiniz?

-  Hacıqəhrəmanlı Bələdiyyəsi artıq bu il bir layihəni sona çatdırdı. Hal-hazırda bələdiyyə marşurutunun alınması layihəsinin üzərində işləyir. Qisməndə olsa bunun Bələdiyyəyə gəlir gətirən bir sahə olacağına inanıram. Hacıqəhrəmanlı qəsəbəsinin fərdi təsərrüfatlarında yaradılan istilikxanalarda əsasən  pomidor və xiyar  məhsulları yetişdirilir. Düşünürəm ki, gələcəkdə yerli məhsulların satışını təmin etmək üçün qəsəbə bazarını  yaratmaq olar. Əlbəttə ki, bu böyük maliyyə vəsaitlərinin hesabına başa gəlir. Bunun üçün ilk öncə kiçik layihələri həyata  keçirməklə vətəndaşların bələdiyyəyə olan inamını etimadını döğrultmaq lazımdır.

 

 Belediyye.info

 

ŞƏRHLƏR