"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şamaxı rayonunda olan mehmanxanalar bələdiyyələrə aid olan rüsumu niyə ödəmirlər?

--2019-09-05 / 20:55

Şamaxı rayonunda formalaşan 29 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 307.600 manat olub. Bu da 2017-ci illə müqayisədə 15 faiz azalma deməkdir.

Əldə edilən vəsaitin isə 28.3 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Şamaxı  bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 86900 manat olub ki, bu da ötən ilki rəqəmin cəmi 69.9 faizi deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Şamaxı rayonunda formalaşan 29 bələdiyyə 46200 manatlıq əmlak vergisi, 104.600 manatlıq torpaq vergisi, 5.200 manatlıq mədən vergisi,1100 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

İl ərzində reklam vergisindən və mehmanxana rüsumundan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib. Belə aydın olur ki, turizm mərkəzinə çevrilən Şamaxı rayonunda saysız hesabsız mehmanxanaların heç biri   bələdiyyələrə aid olan rüsumu ödəmirlər. Ya da bələdiyyələr ürək edib müraciət etmirlər. (Mövzunu yaxın günlərdə araşdıracayıq)

Qeyd edək ki, il ərzində 63700 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Şamaxı bələdiyyələri əldə etdikləri qazancın66.6 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

 Belediyye.info

ŞƏRHLƏR