"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin sədrini tanıyaq

--2017-07-10 / 18:35

Musayev Musa Məhəmməd oğlu  30 iyul 1951-ci ildə  Şamaxı rayonunda anadan olub.

1968-ci ildə Şamaxı şəhər 1 saylı tam orta məktəbini fərqlənmə ilə bitirıb.

1968-1976-ci illərdə Moskva qiyabi Ümumittifaq yeyinti-sənaye İnstitutunun şərabçı-texnoloq ixtisası üzrə Ali təhsil alıb.

1968-ci ildə əmək fəaliyyətinə Şamaxı rayonu Sabir adına sovxozun Üzüm emalı zavodunda laborant kimi başlayıb.

1971-1973-cü illərdə Ukrayna SSR-nin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.

1973-1975-ci illərdə Şamaxı rayonu Sabir adına sovxozun Üzüm emalı zavodunda iş fəaliyyətini mikrobioloq, daha sonra kimyaçı-analitik kimi davam etdirib.

1975-ci ildə göndərişlə Şamaxı r-nunun Bağırlı kəndində Üzüm emalı zavodunun yaranmasında yaxından iştirak edərək, 1978-ci ilə kimi baş şərabçı kimi fəaliyyət göstərib.

1978-1987-ci illərdə Şamaxı rayonunun o vaxtki Lenin adına sovxozunda (indiki Şəhriyar qəsəbəsi) Üzüm emalı zavodunda laboratoriya müdiri işləyib.

1987-1994-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozunun Üzüm emalı zavodunda baş şərabçı, daha sonra istehsalat şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1994-1995-ci illərdə Şamaxı rayonu Göylər kəndi Üzüm emalı zavodunda direktor müavini,

1995-1997-ci illərdə Şamaxı rayonu Mədrəsə sovxozun Üzüm emalı zavodunda mühəndis-texnoloq işləyib.

1999, 2004, 2009 və 2014 illərdə keçirilən bələdiyyə seçkilərinə qatılaraq əvvəlcə bələdiyyə üzvü,  2000-ci ildən hal-hazıra kimi Şəhriyar qəsəbə bələdiyyəsinin  sədri vəzifəsində çalışır.

2008-2015-ci illərdə Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının İdarə Heyətinin üzvü olub.

2013-cü ildə Respublika Bələdiyyələri Həmkarları Təşkilatının fəxri diplomu və

2015-ci ildə  “Qızıl Bələdiyyə” döş nişanı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

 

ŞƏRHLƏR