"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Salman Umudov: “Bələdiyyə işçilərinin peşə payramının təsis edilməsi bu qurumda çalışan insanlara böyük hədiyyə olardı”

--2019-03-12 / 05:16

Bu günlərdə Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov ölkəmizdə bələdiyyə gününün təsis edilməsiylə bağlı maraqlı təkliflə çıxış edib. Məsələyə münasibət bildirən Binəqədi bələdiyyəsinin sədri Salman Umidov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi təklifi Binəqədi Bələdiyyəsində maraqla qarşılanıb və dəstəklənib.

Sədrin sözlərinə görə, həqiqətən qeyd olunmalıdır ki, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaranan bələdiyyələr yerli özünü idarəetmə orqanı kimi cəmiyyətin demokratik inkişafı yolunda vacib bir qurum kimi 20 il ərzində özünü doğrultmuş və xalqımız üçün fəal xidmət edir.

Bələdiyyələr aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir. Vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər.

Artıq sakinlər yaşadıqları ünvanlar üzrə bələdiyyələrə tez-tez müraciət edir və bələdiyyələrdən əksər hallarda dəstək alırlar.

Bələdiyyələrin formalaşması zamanı özünü təmsil etmək üçün sözün əsl mənasında nüfuzlu, işgüzar, müsbət keyfiyyətlərə malik olan insanlar seçilir.

Bələdiyyələr öz fəaliyyətində yerli icra və inzibati orqanlarla, təhsil, səhiyyə və digər təşkilatlarla sıx əlaqə saxlayır və bununla bələdiyyələrin cəmiyyətdə, idarəetmə sistemində özünəməxsus yer tapmışlar.

Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, bələdiyyə işçilərinin peşə payramının təsis edilməsi bu qurumda çalışan insanlara böyük hədiyyə olardı.

Belediyye.info

ŞƏRHLƏR