"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Salman Umudov: “Bələdiyyə iclaslarında bilavasitə vətəndaşların qaldırdığı məsələlər ciddi şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul edilir”

--2019-08-30 / 18:26

“Seçkilər yaxınlaşdıqca bələdiyyə üzvlərimizin əsas məqsədi seçicilərimiz qarşısında verdiyimiz öhdəliyi layiqincə yerinə yetirməyə çalışmaqdır. Ancaq bu öhdəliklərin yerinə yetirilməsi maliyyə vəsaiti tələb edir. Odur ki, yerli vergilərin yığımıyla bağlı ciddi addımlar atır və təsdiq etdyimiz strateji proqram əsasında vergi ödəyiciləriylə planlı şəkildə iş aparırıq” - bu fikirləri Belediyye.infoya Binəqədi Bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədr müavini Salman Umudov bildirib.

Sədrin sözlərinə görə, bələdiyyənin səkkiz aylıq fəaliyyətinə diqqət yetirsək görmək olar ki, ötən müddət ərzində hər ay keçirilən bələdiyyə iclaslarında bilavasitə vətəndaşların qaldırdığı məsələlər ciddi şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. Çalışırıq ki, müraciətlərə sürətlə baxılsın və imkan daxilində bələdiyyədən asılı olan məsələlər tezliklə öz həllini tapsın.

Belediyye.infoya açıqlamasında S. Umudov həmçinin bildirib ki, vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə, hətta vergi ödəyicilərinə bələdiyyənin fəaliyyəti barədə məlumatlar həm görüşlərdə, həm də sosial media vasitəsiylə mütəmadi olaraq verilməkdədir.

Bununla yanaşı vergilərin ödənməsindən yayınanlara qarşı xəbərdarlıq edərək müvafiq tədbirlər görülür. Görülən işlərdə bir sıra bələdiyyə üzvlərinin yaxından iştirak etməsi də təqdirəlayiqdir.

Belediyye.info

ŞƏRHLƏR