"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şakir Quliyev: “Pirşağı bələdiyyəsinin sədri olaraq, Kamran Bayramovun “Bələdiyyə günü” təklifini dəstəkləyirəm”

--2019-03-12 / 05:18

Bu günlərdə Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov ölkəmizdə bələdiyyə gününün təsis edilməsiylə bağlı maraqlı təkliflə çıxış edib. Məsələyə münasibət bildirən Sabunçu rayonu Pirşağı bələdiyyəsinin sədri Şakir Quliyev Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi təklifi Pişağı bələdiyyəsində dəstəklənir. Sədrin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 il əvvəl yaradılmış bələdiyyələr hələ də indiyə kimi təsis edilmə, yaradılma gününü qeyd edə bilmir. Bu barədə müxtəlif vaxtlarda təkliflər səsləndirilməsinə baxmayaraq, “Bələdiyyə günü” hələ də öz həllini tapmayıb. Pirşağı bələdiyyəsinin sədri olaraq, Kamran Bayramovun “Bələdiyyə günü ” təklifini dəstəkləyirəm.

Çünki, respublikamızda bələdiyyələrdən sonra təsis edilmiş təşkilatlar var ki, öz günlərini qeyd edirlər. Mən belə fikirləşirəm ki, 20 il mövcud olan bələdiyyələrin öz gününü qeyd etməyə haqqı var.

Belediyye.info

ŞƏRHLƏR