"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sakinlərimizin rifahı naminə var gücümüzlə çalışmalıylıyıq

--2016-01-13 / 19:20

Binəqədi qəsəbə Bələdiyyəsi 2014-cü ilin dekabr ayının 23-də  keçirilən bələdiyyə seçkilərində yeni heyətdə formalaşıb. Bələdiyyəyə seçilən 15 nəfərdən 6-ı xanımdır.  Bu, ölkədə aparılan kadr islahatları və xanımların ictimai-siyasi həyatda fəallığının artırılmasının məntiqi nəticəsi kimi qəbul edilə bilər.

Bələdiyyənin  ilk iclası 28 yanvar 2015-ci ildə keçirilərək sədr, sədr müavinləri, daimi komissiyalar və üzvləri, icraçı katib səsvermə yolu ilə seçilərək fəaliyyətə başlayıblar. Ötən dövr ərzində  21 ümumi iclas keçirilib. İclaslarda əsasən bələdiyyənin fəaliyyətinə təsir edən məqamlar  müzakirə edilərək qəbul edilib.

Bələdiyyə qulluqçularının vmüfəttişlərinin vahid uniforma ilə təmin edilməsi, daxili nizam-intizam qaydalarının yaradılması  və tətbiq edilməsi, sədr və müavinlərinin qrafik üzrə qəbul günlərinin yaradılması həyata keçirilən islahatlardan bir qismidir.

Bundan əlavə, bələdiyyənin  “facebook” sosial şəbəkəsindəki səhifəsi aktiv fəaliyyətə başlayaraq, gündəlik görülən işlər yerləşdirilir və daxildən gələn icmariclər operativ cavablandırılır.

 ***

Qeyd etmək lazımdır ki, bu qədim yaşayış məskəninə 1970-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə qəsəbə statusu verilmişdir. Qəsəbənin ümumi ərazisi 18 kv. km-dir. Ərazisində bir göl – Binəqədi gölü, bir dağ – Həkəri yanar dağı, həmçinin 1909-1914-cü illər ərzində usta Ağabala və Hüseynbala qardaşlarının təşəbbüsü ilə tikilən “Came” məscidi, 1916-1917-ci illərdə Hacı Əmrah tərəfindən inşa olunan  “Hamam” və 1896-cı ildə Nobel qardaşlarının təşəbbüsü ilə qazılmış neft quyusu mövcuddur.

***

17 yanvar 2014-cü il tarixli prezident sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Binəqədi qəsəbəsində həyata keçirilən quruculuq və abadlıq işləri sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etməkdədir.

Ölkə Prezidenti cənab İlham Əliyevin fikrini əldə  rəhbər tutan Binəqədi qəsəbə Bələdiyyəsi  ümumi işi sakinlərimizn rifahı, onlara xidmət, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində qurub.  

Ölkə rəhbərinin  həyata keçirdiyi siyasəti özünə fəaliyyət istiqaməti seçən Binəqədi qəsəbə Bələdiyyəsi hesabat dövründə müşahidə olunan bir sıra kommunal problemlərin aradan qaldırıllmasında iştirak etməklə, sosial layihələr reallaşdırıb, çoxsaylı umanitar aksiyalar həyata keçirib. Belə ki, hesabat dövrü ərzində sakinlərin çoxsaylı müraciətləri əsasında bir sıra kommunal problemlər aradan qaldırılmaqla, həlli mümkün olan məsələlər yerindəcə həll edilib.

 Beləliklə,  Binəqədi qəsəbəsində 2015-ci ildə  əldə olunan uğurları qeyd etmək olduqca mühümdir.

 Belə ki:

-          Mütəmadi olaraq, su ilə təmin olunmayan ərazilərə su maşını göndərilərək, sakinlərə xidmət göstərilmiş və bu iş bu gün də davam etdirilir;

-          DSK 4 ünvanında kanalizasiya borusu kanaladək uzadılmış, bununla da ərazidə açıq axan və antisanitar vəziyyət yaradan problem aradan qaldırılmışdır;

-          Binəqədi qəsəbəsində yerləşən "N" saylı hərbi hissə ətrafında su borusuna baxış keçirilmiş, su xəttindəki problem bərpa edilərək istifadəyə verilmişdir.

-          10 fevral tarixində qəsəbənın nüfuzlu şəxsləri, ictimaiyyət nümayəndələri, ağsaqqalları ilə s. ilə görüş keçirilmiş;

-          18 fevral tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmiş, qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmış;

-          4 mart tarixində Binəqədi qəsəbə Bələdiyyəsinin dəstəyi və 179  nömrəli orta ümumtəhsil məktəbinin müəllim və valideyn heyətinin təşkilatçılığı ilə “Hər şey VƏTƏN üçün” adlı xeyriyyə yarmarkası  təşkil edilmişdir. Yarmarkada məktəbin ibtidai siniflərinin iştirakı ilə müxtəlif növ şirniyyatlar, əl işləri satışa çıxarılmış və əldə olunan maliyyə vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ehtiyat fonduna köçürülmüş;

-          15 mart tarixində Novruz şənlikləri çərçivəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə birlikdə qəsəbədə məskunlaşmış məcburi köçkün, aztəminatli, çoxuşaqlı, eləcə də valideyn himayəsindən məhrum olan, ümumilikdə 11 ailənin oğlan uşağı sünnət olunmuş, onlar üçün şənlik keçirilmiş, hədiyyələr verilmiş;

-          16 mart tarixində Binəqədi qəsəbəsində yerləşən 1941-1945-ci illər parkında ilk dəfə kütləvi Novruz şənliyi keçirilmiş, tədbirə gələn qonaqlara, həmçinin qəsəbə sakinlərinə bayram sovqatı hədiyyə edilmiş, Novruz tonqalı yandırılmış;

-          17 mart tarixində qəsəbə ərazisində yerləşən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində Binəqədi Mərkəzi Mədəniyyət Evinin iştirakı ilə bayram şənliyi keçirilmiş;

-          28 aprel və 20 may tarixlərində Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsi tərəfindən Binəqədi qəsəbə sakinlərinə növbədənkənar şəxsiyyət vəsiqələrinin verilməsi işi həyata keçirilmiş;

-          9 may Böyük Vətən Müharibəsinin 70 illiyi münasibəti ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Binəqədi qəsəbəsində yaşayan   II Dünya Müharibəsi Veteranları və onların ailə üzvləri ilə görüş keçirilmiş, təşkil olunan bayram şənliyində hər bir veterana gül çələngləri və pul mükafatı verilmiş, həmçinin qəsəbə mərkəzindən 1941-1945-ci illər parkına yürüş keçirilmiş;

-          Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibətilə 10 may tarixində flaşmob keçirilmiş, Binəqədi qəsəbə Bələdiyyəsindən arayış alan xanımlara çiçəklər verilmişdir. Həmçinin "Kufu və Uşu-Sanda" üzrə idmançıların ölkə birinciliyi keçirilmiş, qaliblər mükafatlandırılmış;

-          1 iyun tarixində “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi qəsəbəsində yaşayan şəhid, əlil və aztəminatlı ailələrin uşaqları üçün mədəni istirahət təşkil edilmiş, “Qayğısız bir gün” devizi ilə əyləncəli gəzinti və istirahət təşkil edilmiş;

-          2 iyun tarixində Binəqədi Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı, Binəqədi rayon Ağsaqqallar Şurası, YAP Binəqədi qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatı və Mərkəzi Mədəniyyət Evinin birgə iştirakı ilə məhkumluq həyatı yaşamış qəsəbə sakinləriylə görüş keçirilmiş, müxtəlif mövzular müzakirə edilmiş, problemlər dinlənilmiş və həlli istiqamətində tövsiyyələr verilmiş;

-          25 iyun tarixində “26 iyun – Milli Ordu günü” münasibəti ilə Binəqədi qəsəbə Bələdiyyəsinin dəstəyi, Binəqədi Mərkəzi Mədəniyyət Evinin iştirakı ilə Binəqədi qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində bayram şənliyi təşkil edilmiş;

-          8 iyul tarixində müqəddəs Ramazan ayı münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən Xeyir-şər evində 300 nəfərlik iftar süfrəsi açılmış, inanclı qəsəbə sakinlərinin iştirakı təmin edilmiş;

-          23 iyul tarixində Binəqədi rayonunda ilkə imza atılmış, Binəqədi rayonunu əhatə edən Binəqədi rayon, Binəqədi qəsəbə, Rəsulzadə qəsəbə, Biləcəri qəsəbə və Xocasən qəsəbə bələdiyyələrinin birgə mətbuat konfransı keçirilmişdir. Tədbirdə çıxış edən bələdiyyə sədrləri 2015-ci ilin ilk 6 ayının hesabatını vermiş, iştirak edən mətbuat nümayəndələrinin suallarını cavablandırmış, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi çərçivəsində keçirilən konfransda bir qrup KİV nümayəndəsi "Bələdiyyə dostu" Fəxri Fərmanı ilə təltif edilmiş;

-          24 sentyabr tarixində İslam dünyasının müqəddəs Qurban bayramı münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsi və “MisterTum” MMC-in birgə əməkdaşlığı ilə Binəqədi qəsəbəsində yaşayan 50 aztəminatlı ailəyə ərzaq bağlaması paylanmış;  bundan əlavə, Binəqədi qəsəbə ərazisində yaşayan 200 imkansız ailələrə (əlil, şəhid, veteran, ailələrinə) qurbanlıq ət payı verilmiş; eləcə də qəsəbədə yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətdə olan əsgərlərə bayram sovqatı təqdim edilmişdir.

-          18 oktyabr - Müstəqillik günü ilə əlaqədar olaraq, Binəqədi qəsəbə Bələdiyyəsində "Gələcəyi boya" adlı rəsm sərgisi keçirilmiş və sərgidə Bakı şəhərində yerləşən uşaq evi-internat məktəblərinin azyaşlı uşaqlarının əl işləri ilə birgə həyata keçirilən rəsm sərgisi böyük marağa səbəb olmuşdur.

-          9 noyabr - Dövlət Bayraq Günü münasibətilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə birlikdə həmrəylik aksiyası keçirilmiş,ərazilərimizdəki məktəblərdə təhsil alan şagirdlər üçün şəhər turu təşkil edilmişdir.

-          10 noyabr tarixində Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin nümayəndələri bələdiyyəmizdə qonaq olmuş və Vergilər Nazirliyinin Binəqədi rayonunun bələdiyyələrində tətbiq etdiyi Bələdiyyə Vergi İnformasiya Sistemi ilə yaxından tanış olmuşlar;

-          12 noyabr - Konstitusiya günü Mərkəzi  Mədəniyyət Evi və 179 saylı məktəbin şagird kollektivi ilə birgə keçirilmişdir.

-          7 dekabr tarixində Qarabağ müharibəsinin ilk qadın snayperçisi, həmçinin, II qrup əlil Növrəstə xanımla bələdiyyəmizdə görüş təşkil edilmişdir.

-          17 noyabr tarixində 1-ci mədən, 22-ci korpus ünvanında Bələdiyyəmizin yardımı ilə kanalizasiya borusu dəyişdirilmiş, bununla da ərazidə açıq axan və antisanitar vəziyyət yaradan problem aradan qaldırılmışdır.

-          30 dekabr tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir. Belə ki, Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı və Mərkəzi Mədəniyyət Evinin bayram proqramında ilə keçirilən tədbirdə qəsəbənin ağsaqqalları, ictimaiyyət nümayəndələri, ziyalıları, 179 saylı məktəbin ibtidai sinif şagirdləri, həmçinin qəsəbədə yerləşən "N" saylı Hərbi hissənin komandanlığı və əsgər heyəti iştirak etmişdir. Daha sonra birlikdə bayram tortu kəsilmiş, xatirə şəkli çəkilmişdir.

-          31 dekabr – Binəqədi rayonunda həyata keçirilən "Birgə Yaradaq" layihəsi çərçivəsində qəsəbəmizdə fəaliyyət göstərən "Mister Tum" MMC-nin, "Qardaşlar" Supermarketin, "Arzu" topdansatış mərkəzinin rəhbərliyi ilə birlikdə aztəminatlı ailələrə (şəhid ailələri, əlillər, verteranlar) bayram sovqatı verilmişdir.

***

Yerli özünüidarəetmə qurumu olan bələdiyyələr gəlirlərini əhalidən tutulan torpaq və əmlak vergisi əsasında təmin edir. Sözügedən sahədə qeyd edilməlidir ki, problemlər tam mənasında aradan qaldırılmamışdır. Bu kimi negativ halları aradan qaldırmaq və gəlirləri mütəmadi təmin etmək məqsədiylə ötən dövr ərzində Binəqədi qəsəbə Bələdiyyəsi yerli vergi siyasətini daha da gücləndirmiş və bu istiqamətdə əsaslı uğurlar əldə etmişdir.

Binəqədi qəsəbə Bələdiyyəsi Vergilər Nazirliyi ilə birlikdə pilot layihəyə başlamış, ərazinin invertarlaşdırılmasını yeni pasportlaşma üsuli ilə həyata keçirmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində 17 sentyabr tarixində "Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq subyektlərinin uçota alınması, Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunu nəzərdə tutan "Bələdiyyə Vergi İnformasiya Sistemi" proqramı təminatının tətbiqi" mövzusunda tədbir keçirilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinin rəhbər heyəti və aidiyyatı şöbənin əməkdaşları təlimdə iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, hazırda Binəqədi qəsəbə Bələdiyyəsi vergi gəlirlərini xüsusi proqnozlaşdırma əsasında hesablayır ki, bu da yığımlara müsbət təsir göstərir. Həmçinin 14 dekabr tarixində Binəqədi qəsəbə Bələdiyyəsinin Bələdiyyə Gəlirləri və Yerli Vergilər şöbəsinin əməkdaşları “Paşa Sığorta”nın Daşınmaz Əmlakın İcbari Sığortası üzrə keçirdiyi təlimdə iştirak etmişlər.

Hazırda qəsəbəmizdə 9777 ev təsərrüfatının rəsmi uçotu aparılmış, onlardan 8504-ü BVİS proqramında işlənilmişdir. Bu proqramın üstün cəhəti ondan ibarətdir, ərazisində pasportlaşma işi aparılan bütün sakinlərimizin şəxsi hesab nömrəsi yaradılır ki, bununla da onlara vergi ödəyiciləri kimi VÖEN açılır. Bu, həm də şəffaflığın qorunması istiqamətində atılan uğurlu addımdır. Belə ki, vətəndaş bələdiyyəmizdən uçot vərəqəsini əldə edəndən sonra Vergilər Nazirliyində qeydiyyatdan keçib, əmlakının və torpağının illik vergisini elektron da ödəyə və borcunu bağlaya bilər.

 ***

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü  siyasəti özünə nümunə götürən Binəqədi qəsəbə Bələdiyyəsi üçün hesabat dövrü sadəcə sosial layihələrlə deyil, həm də abadlıq işləri ilə yaddaqalan olmuşdur. Xalqla təmasda bəzi hallarda formalaşmış mənfi steriotipi aradan qaldıran Binəqədi qəsəbə Bələdiyyəsi  hər zaman sakinlərlə bərabər olmuş, qəsəbənin abadlaşdırılması istiqamətində tədbirlər həyat keçirmişlər.

Belə ki, yerli məsələlərin həlli üçün Məhəllə Komitələrinin rolunun vacibliyi nəzərə alınmaqla, 41 ünvanda yeni Məhəllə Komitəsi formalaşdırılmış, bələdiyyənin inzibati binasında 1500-dək sakinin qəbulu həyata keçirilmiş, onların problemleri dinlənilərək aidiyyatı qurumlar qarşısında qaldırılmış və həllinə varılmış, qəsəbə ərazisinin müxtəlif ünvanlarında 100-dən çox görüş keçirilmişdir. İl ərzində Binəqədi qəsəbə bələdiyyəsinə 939 ərizə daxil olmuşdur. Vətəndaşların müraciətlərinin 98-i maddi yardım göstərilməsi, 458-i torpaq sahəsinin sənədləşdirilməsi, 147-si kommunal təmiri ilə əlaqədar, 126-cı isə digər mövzularla əlaqədar olmuşdur. Binəqədi qəsəbə Bələdiyyəsində hər bir ərizəyə diqqətlə yanaşılmış və vətəndaşın tələbləri qanun çərçivəsində öz həllimi tapmışdır.

Daxil olmuş 939 müraciətlərin 475-i müsbət, 199-u qismən həll olunub, 113-nə  müvafiq izahat verilib, 11-i əsassız sayılıb və 141-nin icrası nəzərdə tutulub.

Bundan əlavə, 2015-ci il ərzində Məhkəmə orqanlarında Hüquqi və Fiziki şəxslərin ərizələrinin baxılması sayəsində 235 mülkü və 248 inzibati iş üzrə məhkəmə iclasında iştirak edilmiş və sakinlərin hüquqları müdafiə edilmişdir.

Sakinlərimizə müraciət edərək qeyd etmək yerinə düşərdi, bu gün etdiklərimiz, sabah bumeranq olub, hər birimizə geri dönəcəkdir. Əgər bu geridönüşün rifahlı olmasını istəyiriksə, gəlin, heç bir vergidən yayınmayaq, ödənişlərimizi vaxtında edək ki, qarşılığındakı tələblərimiz də əsaslı olsun.

 ***

Ərazisinin təmizliyini daima prioritet bilən Binəqədi qəsəbə Bələdiyyəsi hesabat dövründə Binəqədi-Balaxanı, Binəqədi-Xırdalan, Binəqədi-Novxanı, Gülüstan, Cəfər Cabbarlı, Ramazanov, I mədən korp 9-10 və III mədən korpus 124-125 ünvanlarında yeni məişət tullantıları meydançaları inşa etmiş, sıradan çıxmış və ya cari təmirə ehtiyac duyan konteynerləri yeniləri ilə əvəzləmiş, təmir etmiş, qəsəbə ərazisindən 5367 reys məişət tullantıları daşımışdır. Bundan əlavə, 166 ünvanda bir çox hallarda qəsəbə sakinlərinin iştirakı ilə kollektiv iməcliklər təşkil etmişdir. Həmçinin, qəsəbədaxili yollarda rahat gediş-gəlişi təmin etmək naminə müxtəlif ünvanlarda asfalt örtüyünü yenilənmişdir.

Bu gün əkilən bir ağac sabah üçün sağlam çevrədir. Məhz bu məqsədlə, Binəqədi qəsəbə Bələdiyyəsinin əməkdaşları, kənd əhalisi tərəfindən Binəqədi-Xırdalan yolu istiqamətində yol kənarlarına 200 ədəd Xan çinar ağacı, həmçinin qəsəbənin müxtəlif ünvanlarına, yol kənarlarına, məktəb həyətlərinə çoxlu sayda gül kolları əkilmişdir. Bundan əlavə Binəqədi rayonu Xocəsən Qəsəbəsinin Sulutəpə yaşayış massivində həyata keçirilən yaşıllaşdırma marafonunda Bələdiyyəmizin kollektivi də iştirak etmiş və sağlam mühit-gələcək naminə müxtəlif sayda və növdə ağac əkilmişdir.

***

“Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.”- deyən cənab Prezident, əslində qarşıdakı illər üçün fəaliyyət istiqaməti verir,  xalqa xidmətin üsullarını öyrədir.

Son olaraq qeyd etmək istərdim ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin bir zamanlar səsləndirdiyi fikrin məntiqi nəticəsidir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.”

 

Aytac ƏLİYEVA

Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR