"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şağan bələdiyyəsinin borcu nə qədərdir?

--2021-09-23 / 15:31

Xəzər rayonu Şağan bələdiyyəsi DSMF-yə və digər ödənişlərə görə ötən illərdən olan 16 min manat borcun həcmini 9.300 manatadək azalda bilib.

Bu barədə Belediyye.infoya məlumatı Şağan bələdiyyəsindən daxil olub. Məlumatda bildirilir ki, vergi-uçot sisteminin düzgün qurulması istiqmətində ciddi addımlar atılır. Hazırda aparılan monitorinqlər sayəsində qəsəbədə 2760 təsərrüfat subyektinin olması müəyyən edilib. Hazırda bu təsərrüfatın 1360-ı barədə məlumat BAMS sisteminə otuzdurulub. Və il ərzində bələdiyyənin vergilərdən daxil olan vəsaitin həcmi 35 min manat olsa da ötən 24 min manata yaxın vəsait toplanılıb.

Cari ildədə müəyyən artım hiss edilməkdədir.

Belediyye.info

ŞƏRHLƏR