"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ŞAĞAN BƏLƏDİYYƏSİNİN 2022-ci il ərzində fəaliyyəti ilə bağlı HESABATI

--2023-01-24 / 11:19

 ŞAĞAN BƏLƏDİYYƏSİNİN 2022-ci il ərzində fəaliyyəti ilə bağlı

                                                HESABATI

                          I Kargüzarlıq işləri üzrə

 Şağan bələdiyyəsinin ünvanına 2022-ci il ərzində ümumilikdə 116 məktub daxil olmuşdur.  Bunlardan : 12 ədədi Xəzər Rayon İcra Hakimiyyətindən, 38 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən, 66 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur.

Şağan Bələdiyyəsi adından 2022-ci il ərzində ümumilikdə 99 ədəd məktub göndərilmişdir. Bunlardan, 14 ədədi Xəzər Rayon İcra Hakimiyyətinə,   6 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə, 79 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.

2022-ci ildə ümumilikdə, vətəndaşlar tərəfindən 121 ədəd (müxtəlif mövzulu: bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə, şikayət), bələdiyyə qulluqçuları tərəfindən isə 20 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad olma ilə bağlı ) ərizə daxil olmuşdur. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.

Bələdiyyədə müxtəlif mövzularda 12 ədəd akt tərtib edilmişdir.

Bələdiyyə rəhbərliyi tərəfindən   26 ədəd daxili əmr imzalanmışdır.

Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara 173 ədəd arayış verilmişdir.

II   Şağan Bələdiyyəsinin iclasları

Bələdiyyə üzvlərinin 2022-ci il ərzində 21 iclas keçirilmişdir. Bu iclaslarda ümumilikdə, müxtəlif məsələ müzakirə edilmiş, hər biri haqqında müvafiq qərar qəbul edilmişdir. İclaslarda bələdiyyə üzvləri tam aktivlik göstərərək bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. İclasın protokolları qanuna müvafiq olaraq, inzibati-nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.          

               III Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri

iclas, seminar və müşavirələr

Müntəzəm olaraq Xəzər RİH tərəfindən təşkil olunmuş iclas və tədbirlərdə bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunmuşdur.(Xəzər Rayonu Gənclər Mərkəzində “Gender problemi, ailə məişət zorakılığı” mövzusunda; Talasssemiyalı və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyasi; )

Bələdiyyələrlə İş Mərkəzindən daxil olan bütün tövsiyyələr və qeyd olunan bütün seminar, konfrans, iclasların yekun nəticəsi ayrı-ayrılıqda bələdiyyə üzvləri ilə bələdiyyə iclaslarında müzakirə olunub. Verilən təklif və tövsiyyələrin bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınması barədə konkret addımların atılması üçün müvafiq qərar qəbul edilib.

                                       IV MALİYYƏ   HESABATI

Hesabat dövründə Şağan Bələdiyyəsinin büdcə gəlirləri 31/562 manat olmuşdur ki, ondan 4.528 manat torpaq vergisi, 21.034 manat əmlak vergisi, 6000 manat dövlət büdcəsindən maliyyələşmə(dotasiya) üzrə təşkil etmişdir.

Büdcə xərcləri- 31284 manat olmuşdur ki, ondan; 21925 manat plastik kart hesabına hissəvi əmək haqqı xərclərinə, o cümlədən 6925 manat bələdiyyə qulluqçularına olan keçmiş (2017-2019) əmək haqqı borclarına, 50 manat şəhid ailəsinə yardım edilməsinə, 4.605 manat   DSMF-na olan borcun hissəvi ödənişinə, 1316 manatı Vergilər Departamentinə olan borcun hissəvi ödənilməsinə, 834.50 işçilərin icbari sığortasına, 444 manat 50 qəpik bələdiyyə işçisi Cahangirov Əlidən tutulmuş kredit borcu məhkəmə qərarına əsasən UNİ banka köçürülmüşdür, 248 manat yanğınsöndürən balonların alınmasına, 208 manat  digər (bank xidmətləri üzrə), 1.653 manat (rabitə,işıq, qaz) kommunal xərclərə sərf edilmişdir.

 

V   Şağan Bələdiyyəsi tərəfindən görülən işlər və tədbirlər haqqında

Şağan Bələdiyyəsinin Hesablaşma hesabı bağlı olduğundan qəsəbə ərazisində geniş miqyaslı abadlıq işləri görülməsi mümkün olmamışdır.

1.Lakin buna baxmayaraq qəsəbə sakini tərəfindən Şağan Bələdiyyəsinin vasitəçiliyi ilə 16 avqust 2022-ci il tarixində 12 az təminatlı ailəyə qurbanlıq ət yardım olaraq paylanılıb.

2.Bundan əlavə 4 Noyabr 2022-ci il tarixində şəhid Füzuli Gözəlov adına 124 № li tam orta məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini, Şağan Bələdiyyəsinin sədr səlahiyyətlərinin icra edən Sevinc Atayeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər sərgisi” adlı bayram tədbiri keçirilib. Sərgidə məktəbin V-XI sinif şagirdlərinin Qarabağ, Şuşa, Xudafərin körpüsünə, birliyimizə həsr olunmuş vətənpərvərlik mövzusunda şəkilləri, həmçinin şəhidlərin portretləri nümayiş olunub. Tədbir şəhid anaları, qazilər və müharibə veteranlarının iştirakı ilə keçirilib. Sonda müharibə iştirakçılarına Şağan Bələdiyyəsi adından Fəxri Diplomlar və Xarıbülbül döş nişanları təqdim olunub.

3. Görülən əhəmiyyətli işlərdən biri 22 Noyabr 2022-ci il tarixində Mərdəkan Buzovna yolunun sağ kənarındakı yaşıllıq zolağında kəsilmiş ağacların yerinə sərv və şam ağaclarından ibarət olan 24 ədəd yeni tingin əkilməsidir.

 Xəzər rayonu Şagan  bələdiyyəsi

ŞƏRHLƏR