"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şağan bələdiyyəsi "Zəfər sərgisi" adlı tədbir keçirib

--2022-11-11 / 19:32

Xəzər rayonu, Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva təşəbbüsü ilə Şəhid Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər sərgisi" adlı tədbir keçirilib.

Bu barədə məlumat Şağan bələdiyyəsindən daxil olub.

Sərgidə məktəbin V-XI sinif şagirdlərinin Qarabağa, Şuşaya, Xudafərin körpüsünə, birliyimizə həsr olunmuş vətənpərvərlik mövzusunda şəkilləri, həmçinin şəhidlərin portretləri nümayış olunub.

Tədbirdə şəhid anaları, qazilər və müharibə veteranları iştirak etmişlər.

Sonda müharibə iştirakçıları Şağan Bələdiyyəsinin “Fəxri diplomları” və “Xarıbülbül” döş nişanları ilə təqdim edilmişlər.

Belediyye.info

ŞƏRHLƏR