"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şağan bələdiyyəsi sakinlər arasında koronovirusla mübarizə ilə bağlı maarifləndirici görüşlərinidavam etdirir

--2020-03-29 / 15:35

Xəzər rayonu Şağan bələdiyyəsi sakinlər arasında koronovirusla mübarizə ilə bağlı maarifləndirici görüşlərinidavam etdirir.

Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Belə ki, bələdiyyənin rəsmiləri və qullquşualrının iştirakıyla hər sakinə xüsusi rejimli karantinlə bağlı izahat işləri aparılmış hər sakinəqoruyucu tibbi məhsullar təqdim edilmişdir. Vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Karatin dövründə bələdiyyə sakinlərlə izahat xarakterli görüşlərini davam etdirəcəkdir.

Beeldiyye.info

ŞƏRHLƏR