"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şağan bələdiyyəsi aztəminatlı ailələrə ərzaq bağlamaları təqdim edib

--2020-04-09 / 17:08

Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Xəzər rayon Şagan  bələdiyyəsi də yaxından iştirak etməklə bu aksiyaya dəstək verib. Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri  bildirib.

Sədrin sözlərinə görə, aztəminatlı, 65 yaşdan yuxarı insanların bir qisminə bələdiyyə tərəfindən hazırlanan ərzaq bağlamaları təqdim edilib.

Təqdim ediklərkən, onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

Belediyye.info

ŞƏRHLƏR