"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sadiq Xəlilov: “Var gücümüzlə borcları silməyə çalışır, həmdə şəhərdə abadlıq işlərinin həyata keçirilməsi üçün layihələr icra edirik.”

--2017-09-28 / 16:27

 “Bərdə bələdiyyəsi şəhərin  prospekt və küçələrdə abadlıq və təmir işlərini davam etdirir”- bu barədə məlumatı Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov verib.

Sədr bələdiyyənin yerli vergilərin yığımını kafi qiymətləndirməklə yanaşı bildirib ki,  əvvəl seçilmiş bələdiyyə sədrlərinin məsuliyyətsizliyi və səriştəsizliyi üzündən Bərdə bələdiyyəsinin yığılıb qalmış DSMF borcu 90.000 manata yaxın vəsait təşkil edir. Ödəmələrimiz hazırda həyata keçirilsə də DSMF-nin əlavə etdiyi peniya (faiz) məbləği ödəniş məbləğini dəfələrlə çox üstələyir. Bütün abadlıq işlərini, sosial proqramları və əmək haqqılarımızı-yəni bütün gəlirlərimizi DSMF borcuna ödəsək belə 90.000 borcu və onun üzərinə gələcək faiz məbləğini ( peniyanı ) ödəmək mümkün deyildir. Var gücümüzlə borcları silməyə çalışır, həmdə şəhərdə abadlıq işlərinin həyata keçiriləmsi üçün layihələr icra edirik.

S.Xəlilovun sözlərinə görə,  gəlirlərimizin artırılması hər il özünü göstərməkdədir: “İşdə nizam-intizam, etik davranış qaydalarına əməl olunması, ictimaiyyətlə sıx əlaqə, vətəndaşların arasında mütamadi olaraq səyyari qəbulda olmaq, faktiki görülən işlər barədə hesabat vermək, facebook səhifəmizdə gəlir və xərclər, görülən işlər barədə işıqlandırmaq və s. kimi işlər büdcə gəlirlərinin artırılmasının əsas mənbəyidir.”

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyənin təşəbbüsü ilə  bələdiyyənin təsisçiliyi ilə “Bərdə Nəqliyyat ” MMC açılmışdır: “MMC Bərdə şəhəri üzrə bələdiyyənin nəzdində şəhərdaxili marşurut, dayanacaqlar və taksilərin işlərinin nizam və intizamla qurulmasında öz töhvəsini verir. Bu gün “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən borcu olan vergi ödəyicisi xəbərdar olunur, İnzibati akt tərtib olunur, qərar hazırlanır və İcra bölməsinə göndərilərək tədbir görülür.

Hazırda reklam vergisi gəlirlərimizin əsas hissəsini təşkil edir və bu sahədə işimizi sistemli şəkildə qurmuşuq.”

Belediyye.info

ŞƏRHLƏR