"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sadıq Murtuzayevə ürək sözüm

--2020-07-24 / 19:32

Haqqında çox yazmışam. Dəfələrlə görüşmüşəm. Fikir mübadiləsi etmişik. Müdrik yaşda olmasına baxmayaraq iti hafizəsi var.

Ağdamlı olmasa da, Ağdamı çox sevir, şəhərin və ağdamlıların vurğunudur. Dostlarının da əksəriyyəti məhz bu rayondandır. Baxmayaraq ki, Ağdamla yanaşı Zakatala, Şəki və Abşeron rayonuna üst-üstə 31 il rəhbərlik edib.

Bu gün isə onun günüdür. O insanın ki, Qax rayonunun məşhur İlisu qəsəbəsində anadan olsa da, özünü Qarabağlı və xüsusəndə Ağdamlı hesab edir.

Bəli, söhbət on ilə yaxın bir müddətdə Ağdamın birincisi olmuş Sadıq Murtuzayevdən gedir.

Sadıq Murtuzayevi yaxından tanıdığımdan deyə bilərəm ki, o əsil vətənpərvər Azərbaycanlıdır. Ağdamın sabiq icra başçısı, dəyərli insan Nizami Sadıqovun təbirincə desək, Sadıq Murtuzayevi Böyük Ağdamlı hesab etmək olar. Bu yüksək adı o oz fəaliyyətiylə, Ağdamda həyata keçirdiyi saysız-hesabsız layihələriylə və ən nəhayət bu şəhərə ürəkdən bağlılğı ilə qazanıb.

Bu gün Azərbaycan müharibə şəraitindədir. Otuz ilə yaxındır ki, erməni kimi bir düşmənlə üz-üzə qalmışıq. Etiraf edək ki, Azərbaycan artıq 30 il əvvəl ki ölkə deyil, bu gün Azərbaycan siyasi-iqtisadi və hərbi potensialına görə regionda lider dövlətlər sırasındadır.

Biz Qarabağ savaşından danışanda unutmamalıyıq ki, bəlkədə o illərdə rəhbər vəzifəli şəxslər sırasında məhz Sadıq Murtuzayev kimi hökmlü, savadlı, təcrübəli və işgüzar insanlar olsaydı düşünürəm ki, nə Ağdamı itirərdik, nə də ki Qarabağımızı.

Təkrar edirəm ki, 1988-ci ilin noyabrında S.Murtuzayev yenidən Abşeron RPK-ya birinci katib postuna aparılmasaydı Ağdamı bəlkə də itirməzdik. Nə bilmək olardı.

Bəli, bu gün Azərbaycanın siyasi çəkisinin günbəgün artdığı bir vaxtda, hər bir Ağdamlının doğma şəhərinə qayıdacağına inandığı bir vaxtda Sadıq Murtuzayevə, dəyərli ziyalımıza, belə əziz gündə vaxtı ilə quruculuğunda yaxından iştirak etdiyi şəhərin bərpasıyla bağlı  icra ediləcək layihələrin icrasında yaxından iştirak etməyi arzu edirəm.

İnanıram onda bu təpər hələ də var.

P.S. Şəkil Sadıq Murtuzayevin bağ evindəki  muzeydə ən qiymətli eksponatlardandır. Şəkil Ulu öndər Heydər Əliyevin Ağdama səfəri zamanı çəkilib. (Ağdam Dəmiryol vağzalı) 

Vüqar Tofiqli

 

 

ŞƏRHLƏR