"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabiq sədr həbs edilib: kimdir günahkar? REPLİKA

--2021-10-18 / 18:45

Əslində sabiq sədrin həbsində qeydi-adi bir şey görmürəm. Cinayət edibsə, sübut olunubsa əziyyətini və cəzasını çəkməlidir.

Söhbət ondan gedir ki, rayon ərazisində formalaşan 66 bələdiyyənin kifayət qədər DSMF-yə və əməkhaqqına görə borcu var. Əvvəlki illərdə yaranmış borcu yeni seçilmişlər neçə illərdir nə qədər çalışsalar da qaytara bilməyiblər, çünki borcun ödənilməsiylə bağlı rayon bələdiyyələrində ümumi konkret proqram yoxdur. Bu proqramın hazırlanmasında Bərdə Rayon İcra Hakimiyyəti bələdiyyələrə dəstək vermək və şərait yaratmaq əzəzinə, müəyyən mənada belə ağır durumda olan bələdiyyələrə "tapşırıqlar" verməkdən yorulmur.

Bu danılması mümkün olmayan faktdır.

Sabiq sədr həqiqətən ciddi maliyyə pozuntusuna və rüşvətə görə həbs edilib. Amma aldığını, əgər alıbsa özü təkmi "yeyib"?

Mən inanmıram, bəs siz necə, inanırsınız?

Sual olunur, sabiq sədrin həbsinə gedən yol hansı səbəbdən başlayıb?

Təcrübəsizlik və məsuliyyətsizliklə yanaşı, çox güman ki, ən əsası  cinayətə əl atmaqla bələdiyyənin borcunu qaytarmaq iddiası.

Başqa bir məsələ isə, təcrübəsiz və bacarqısız kadrları bələdiyyələrə  namizədliyini verməyə kim təhrik edib? Maraqlı sualdır, deyilmi...

Üzümü bələdiyyə sədrlərinə bir daha tutub deyirəm: icra başçılarının qanunsuz tapşırıqlarının icrası sonda həbslə nəticələnir. Dedim ki, biləsiniz...

Vüqar Tofiqli

ŞƏRHLƏR