"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabiq bələdiyyə sədri yeni vəzifəyə təyinat alıb

--2019-04-06 / 07:33

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədri Hikmət Quliyev yeni vəzifəyə təyinat alıb. Belə ki, müvafiq əmrlə Hikmət Quliyev “Aqrolizinq” ASC-nin aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri təyin edilib.

Belediyye.infoya daxil olan bu məlumatı özü təsdiq edərək bu təyinatın hələ yanvar ayında gerçəkləşdiyini bildirib. Hazırda rayonlarda işlə bağlı təlimlərdə olduğunu qeyd edən keçmiş bələdiyyə sədri işindən razı olduğunu bildirib.

Qeyd edək ki, YAP üzvü olan Quliyev Hikmət Nofəl oğlu 10 oktybar 1983- cü ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Biləcəri qəsəbəsindəki Vuqar Əvəzov  adına 5 saylı tam orta məktəbi, 2004-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. Əmək fəaliyyətinə 2004-ci ilin yanvarından, enerji təchizatı sistemində başlayıb. 2015- ci ilədək  “BARMEK” MMC, “Bakıelektrikşəbəkədə” ASC, “Azərişıq” ASC- də müxtəlif məsul vəzifələrdə çalışıb.

2014-cü ildən bələdiyyə üzvü seçilib. 2015-sentyabrından 2018-ci ilin oktybar ayınadək Biləcəri bələdiyyəsinion sədri vəzifəsində çalışıb.

Belediyye.info

ŞƏRHLƏR