"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabiq bələdiyyə sədri-professor vəfat edib

--2020-03-22 / 20:12

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının professoru Nəbi Əsgərov vəfat edib.

"Report" xəbər verir ki, professor bu gün uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. N.Əsgərov qaraciyər serrozundan əziyyət çəkirmiş.

 Qeyd edək ki, Nəbi Ələsgər oğlu Əsgərov 1956-cı il yanvar ayının 24-də  anadan olub.

O, 1999-cu ildə Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində iştirak edib və Xətai rayon Xətai bələdiyyəsinin sədri seçilib.

Əlavə edək ki, Nəbi Əsgərov  vətənpərvər  "91"-lərdən biri olub.

https://report.az/elm-ve-tehsil/azerbaycanda-hepatitden-eziyyet-ceken-professor-vefat-etdi/

ŞƏRHLƏR