"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

S.S.Axundovun xatirə lövhəsi bərpa olundu: Belediyye.info yazdı müvafiq orqanlar hərəkətə gəldi

--2019-09-23 / 18:25

04 sentyabr 2019- cu il tarixdə Belediyye.infoda “Axundovun xatirə lövhəsi oğurlanıb?-CİDDİ SİQNAL” adlı məlumat verilmişdi.

Məlumat digər KİV orqanları tərəfindən də istifadə edilmiş və geniş əks-səda doğurmuşdu. Bunları nəzərə alaraq rəsmi şəkildə Mədəniyyət Nazirliyi, Bakı ŞİH-i və Yasamal RİH-ə müraciət olundu.

İlk olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin müdiri Etibar Axundovun imzasıyla göndərilən məktubda xatirə lövhəsinin bərpa edildiyi məlum olub.

Məktubda bildirilir ki, xidmətin əməkdaşları əraziyə baxış keçirmiş və xatirə lövhəsini yerində aşkar etmişlər. Bizə göndərilən şəkillərdən də məlum olur ki, həqiqətən xatirə lövhəsinin qarşısı açılıb.

Beləliklə, Belediyye.info yazdı, müvafiq orqanlar işə qarışdı, xatirə lövhəsi bərpa olundu. Qalır bir məsələnin araşdırılması: yəni xatirə lövhəsinin qarşısının kim tərəfindən bağlanmasını müyyən etmək, bu hərəkəti edənləri ictimai qınaq obyektinə çevirmək.

Sözsüz ki, bu tipli məsələlərdə hər kəs öz sözünü deməlidir. Və bizdə Belediyye.info olaraq bununla biz tanınmış bir ziyalının ruhu qarşısında vətəndaş borcumuzu qaytarmış olduq.

Ancaq belə halların təkrarlanmaması üçün müvafiq qurumlarda maarifləndirmə işlərinə diqqəti artırmalıdırlar.

P.S.http://belediyye.info/new/details/axundovun-xatire-lovhesi-ogurlanib-ciddi-siqnal--5442.htm

Belediyye.info

ŞƏRHLƏR