"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

S. Abışova: “Sədrlər bələdiyyənin hər hansı bir təşkilata borcunu saxlamamalıdırlar”

--2017-10-12 / 00:07

“Bələdiyyə sədrləri fəaliyyətlərinə diqqətli olmalı, özünün fəaliyyət göstərdiyi müddəti başa çatdıqdan sonra bələdiyyənin hər hansı bir təşkilata borcunu saxlamamalıdır”- bu fikirləri Belediyye.infoya Şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abışova bildirib.

Xanım bələdiyyə sədrinin sözlərinə görə, rəhbərlik etdiyi ilk  illərdə əsas məqsəd bələdiyyənin əvvəlki illərdə qalmış borclarının silinməsi olub.  Ötən illərdən bələdiyyənin 4500 manata yaxın borcun olduğunu deyən sədr, onun böyük hissəsinin DSMF-yə olduğunu qeyd edib. Ancaq  bu maliyyə vəsaiti hesabına bələdiyyə qəsəbədə daha ciddi layihələrə imza ata bilərdi.

Açıqlamasında bələdiyyə sədri maraqlı bir məqama da toxunub:

“Bələdiyyənin əvvəlki illərdən qalmış  çoxlu sayda sənədlərlə bağlı problemləri var idi. Yəni pulu əvvəlcədən köçürülüb və  xərclənmiş, lakin heç bir sənədləşmə işi aparılmamış işlər vardır.

Hazırda biz o sənədləşmə işlərini çox böyük çətinliklə həll etməyə çalışırıq. Ancaq elə sənədlər var ki, torpağın pulu köçürülüb, vətəndaşın əlində bank çeki ilə gəlir ki, bu yeri sənədləşdirin. Bələdiyyənin qərarı da var. Dövlət Reyestr Xidmətindən məktub göndərirsən gəlib baxır ki, bu yer məsələn sürüşmə zonasıdır, neft quyularına çox yaxındı. Burdan torpaq sahəsi ayırmaq olmaz. Çox sayda belə probrlemli sənədlər var.”

Ancaq bütün bunlarla yanaşı bələdiyyə sədri daim sakinlər arasında olmalı, onların qarşılaşdığı problemlərin həllinə nail olmalı, ona müraciət edən hər kəsə bacardığı qədər mənəvi dəstək göstərməlidir.

S.Abışovanın    sözlərinə görə, yanlız belə olan halda sədrin həm sakinlər, həm də bələdiyyə üzvləri arasında nüfuza malik ola bilər.

Belediyye.info

ŞƏRHLƏR