"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

““Relax Hotel and Resort” oteli bələdiyyəyə borcunu ödəmiş olsaydı: LERİK BƏLƏDİYYƏLƏRİNİN BÜDCƏ GƏLİRİ AY ƏRZİNDƏ 77 MANAT OLMAZDI

--2020-07-24 / 10:01

Lerik rayonunda formalaşan 29 bələdiyyənin 2019-cu ildə illik büdcə gəlirinin həcmi 82.600  manat olub. Bu da 2018-ci illə müqayisədə büdcə gəlirlərində 30 faizədək azalma deməkdir. Əldə edilən vəsaitin isə 11.800 manatı, yəni 14.3 faizi bələdiyyə əmlakının- torpağınn icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib. Lerik rqayonunda formalaşan 29 bələdiyyə il ərzində 3.100 manatlıq əmlak vergisi, 1.400 manatlıq torpaq vergisi toplaya biliblər. 

Təəssüf ki, il ərzində yerli büdcəyə mədən vergisi, dayanacaq rüsumu, mehmanxana rüsumu, reklam vergisindən heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində Lerik bələdiyyələrinə 55.500 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Belə qənaətə gələ bilərik ki, yuxarıda qeyd edilən dotasiyanı çıxsaq onda Lerikin 29 bələdiyyəsinin büdcə gəliri 2019-cu ildə 27.100 manata bərabər olub. Bu isə o deməkdir ki, Lerik bələdiyyələri ötən il ay ərzində cəmi 77 manat maliyyə vəsaiti əldə edə biliblər.

Belediyye.info olaraq Lerik rayonunda və digər rayonlarda formalaşan bələdiyyələrlə bağlı məqamları ictimailəşdirmişik. Hələ ötən ildə rayon ərazisində olan məşhur ““Relax Hotel and Resort” otelinin bələdiyyəyə külli miqdarda borcu olması barədə yazmışdıq. Belə ehtimal etmək olar ki, otel vaxtında öz borcunu bələdiyyəyə ödəmiş olsaydı onda Lerik bələdiyyələrinin də büdcə gəlirləri artım hiss olunardı. Lakin MM üzvü İqbal Məmmədova məxsus olduğu iddia edilən ötelin bələdiyyəyə bu qədər borcunun olmasında bələdiyyənin də öz günahı olmamış deyil.

http://belediyye.info/new/details/--5414.htm

Belediyye.info

 

ŞƏRHLƏR