"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rəhman Məmmədov: “Cari ildə 4226,7 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb”

--2019-11-07 / 04:08

”2019-cu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən 56985 bələdiyyə aktına baxılıb, onlardan 1749 akt qanunsuz hesab edildiyindən dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilib. Həmin təkliflərdən 1461-i təmin edilib, digərləri isə baxılmaqdadır”- bu fikri Bələdiyyələrlə İş mərkəzinin rəisi Rəhman Məmmdov bildirib.

Mərkəz rəisinin sözlərinə görə, bələdiyyələr tərəfindən 204,88 hektar torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 3971,82 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar inzibati nəzarəti həyata keçirən orqanın təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib. Bütövlükdə, 4226,7 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. İnzibati nəzarət icraatı qaydasında aparılan araşdırmalar zamanı bir sıra bələdiyyələrdə daha ciddi hüquq pozuntuları aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Belediyye.info

ŞƏRHLƏR