"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rəhman Məmmədov Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsinə təyin edildi

--2019-11-23 / 07:15

Ədliyyə naziri,  I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun 21 noyabr tarixində Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində imzaladığı əmrlə Rəhman Məmmədov Bələdiyyələrlə İş Mərkəzinə rəis təyin edilib.

Qeyd edək ki, Rəhman Elmaz oğlu Məmmədov uzunmüddət Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinə rəhbərlik etmiş, 2008-ci ildən 2019-cu ilin mart ayınadək Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2019-cu ilin mart ayından isə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində rəhbərliyi təmin etmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 21 noyabr 2019-cu il tarixli əmri ilə Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsinə təyin olunmuşdur.

P.S.Rəhman Məmmədovu ürəkdən təbrik edir, işlərində yalnız uğurlar arzulayırıq.

ŞƏRHLƏR