"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rayon komitələrinə müraciət olunub

--2019-12-05 / 07:07

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi təşkilatın rayon komitələrinə məktubla müraciət edib. Məktubda qeyd edilir:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 461№-li Qərar qəbul etmişdir. Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı bu Qərarın surətini işinizdə istifadə etmək üçün Sizə göndərir.

 

         “ № 461         Bakı şəhəri, 2 dekabr 2019-cu il

İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər ¬Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıl ¬olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri”

 

ŞƏRHLƏR