"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rasim Əhmədov Lökbatan bələdiyyəsinin sədri seçilib

--2020-01-23 / 04:12

2019-cu ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan bələdiyyəsinə seçilmiş 15 bələdiyyə üzvünün iştirakı ilə 15 yanvar 2020-ci ildə ilk iclası keçirilib.

İclasda təşkilat məsələsinə baxılıb.

Rasim Əhmədov Lökbatan bələdiyyəsinin sədri seçilib.

Qeyd edək ki,  Xəyalə Qurbanova və Səbinə Xasayeva sədr müavinləri seçiliblər.

Qeyd edək ki, yeni seçilən sədr R.Əhmədov bundan əvvəl Qaradağ MKTB rəisi vəzifəsində çalışıb.

Belediyye.info

ŞƏRHLƏR