"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramana qəsəbəsində abadlıq işləri davam etdirilir-BƏLƏDİYYƏNİN İŞTİRAKIYLA

--2019-04-17 / 09:35

Sabunçu RİH-in yaydığı məlumat görə, Ramana qəsəbəsində 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində Ramana qəsəbə nümayəndəliyi və Ramana bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir.

Belə ki, qəsəbənin Südçülük sovxozu adlanan ərazisində, Hüseyn Cavid və Elşən Məhərrəmov küçələrində yığılmış qrunt suları xüsusi texnika ilə çəkilərək təmizlənmiş və məhəllədaxili yolun 600 kv. m hissəsinə 10-15 sm qalınlıqda karbonat qatı tökülərək xüsusi texnika vasitəsilə hamarlanmışdır.

Ramana qəsəbə qəbirstanlığına qrunt sularının yığışmasının qarşısını almaq məqsədilə mövcud kanal təmizlənmiş və qəbirstanlıq ətrafı boyu 350 m uzunluğunda xüsusi texnika ilə yeni kanal qazılmaqla yığılmış suyun səviyyəsi minimuma endirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR