Qusar Bələdiyyəsi tərəfindən 2020-2021-ci illər ərzində Qusar şəhərində görülmüş və görüləcək işləri haqqında hesabat
***
Respublikamızın hər yerində fəaliyyət Proqramına çevrilmiş, cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş Regionların sosial iqtisadi inkişaf proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində şəhərimizdə ciddi işlər aparılır. Mövcud problemlərin çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.
2020-ci il Azərbaycan dövlətinin, Azərbaycan xalqının tarixində ən möhtəşəm illərdən biridir. Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərinin qaytarılması ilə nəticələnən 44 gün ərzində davam etmiş Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin-müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkə rəhbəri İlham Əliyev 17 il həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın düşmənin tapdağı altında olan vətən torpaqlarını işğaldan azad etdi. Bu gün ölkəmizin təqvimində yeni qürur günü - 8 Noyabr böyük Zəfər günü əbədi yer aldı. Qusar şəhərində Vətən Müharibəsi zamanı həyata keçirilən tədbirlərdə bələdiyyənin üzvləri, aparatın əməkdaşları da yaxından iştirak etmişlər. Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin və bütün qazilərin ailələrinin qayğıları bələdiyyənin bu gün də diqqət mərkəzindədir.
2020-ci ilin əvvəllindən başlamış koronavirus pandemiyası (Covid-19) ilə mübarizə aparan dünya ölkələri bütün resursları yeni tip virusun yayılmasının qarşısının alınmasına yönəldilib.
Azərbaycan Respublikasında da bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün resurslarını pandemiyaya qarşı səfərbər edib. Yeni növ koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayımaması üçün dövlət başçısının tapşırıqlarına əsasən ötən ilin yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülür, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər kabinetinin yanında aidiyyatı dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb. Operativ Qərargah fasiləsiz fəaliyyət göstərərək ölkə vətəndaşlarının sağlamlığının təhlükəsizliyinin qorunması istiqamətində mühüm qərarlar qəbul etməkdədir.
Qusar şəhərində koronavirus (Covid-19) pandemiyasına qarşı aparılan mübarizədə iştirak edən Qusar Bələdiyyəsi ilk günlərdən öz fəaliyyətini kompleks tədbirlərin həyata keçirilməsinə istiqamətləndirmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirlən tədbirlərə dəstək məqsədi ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bələdiyyə tərəfindən vəsait ayrılmışdır.
Biz əsasən yeni salınmış məhəllələrdə yolların çəkilişinə, su və kanalizasiya xətlərinin qurulmasına, qaz və elektrik xəttləri ilə təmin edilməsinə çalışırıq.
İl ərzində bələdiyyəyə rəsmi orqanlardan 374 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 58-si şəhər İcra Hakimiyyətindən, 35-i Qusar rayon İcra və Probasiya şöbəsindən, 112-i idarə və təşkilatlardan, 169 şəhər sakinləri tərəfindən göndərilib. Sənəd və məktublara müvafiq qaydada baxılıb,cavablar göndərilib.
İl ərzində 720 nəfər fərdi şəkildə qəbul edilib.Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapıb. Həmçinin bələdiyyədə 59 nəfər hərbiçinin gəlmə-getmə qeydiyyatı aparılmışdır.
Biz çalışacağıq ki, şəhərimizin əlaqədar təşkilatları, idarə və müəssisələri ilə birgə əlaqəli işimizi quraq doğma şəhərimizdə aparılan quruculuq, abadlıq işlərinin geniş vüsət almasına nail olaq.
Qusar bələdiyyəsi 2020-ci ildə 12 iclas çağırıb. Bu iclaslarda bələdiyyə üzvləri bütün məsələlərin müzakirəsində yaxından iştirak etmişlər. Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, tikinti materialları, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilmişdir.
Sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb, həmin siyahıya əsasən bayramlar ərəfəsində ərzaq bağlamaları paylanılmışdır.
Novruz Bayramı münasibəti ilə Qarabağ müharibəsi əlillərinə və imkansız - cəmi 80 ailələyə bayram töfhələri paylanmışdır. Ramazan və Qurban bayramları münasibətilə imkansız, əlil və aztəminatlı ailələrə - cəmi 180, bayram sovqatları paylanmış. 8 ailəyə dəfn xərclərinə yardım edilmişdir. 12 aztəminatlı ailələyə maddi yardımlar edilmişdir. Yüksək nailiyyətləri ilə seçilən idmançılara pul mükafatları verilmişdir.
Bu il müddətində Qusar bələdiyyəsi tərəfindən bir sıra abadlıq-quruculuq, təmir-tikinti işləri aparılmışdır.
- Yeni yaşayış massivində çınqılın daşınması və yayılması;
- Gənclər parkında işıqlandırma sistemin quraşdırılması, metal konstruksiyaların və uşaq əyləncə qurğulqrın yağlı boya ilə örtülməsi;
- N.Nərimanov ad. istirahət parkında mini-arxitektura formaların təmiri və ağardılması;
- Balaqusar və Çiləgir yollarında təmizlik və əhəngləmə işləri aparılmışdır.
- Qusar şəhərinə giriş kompleksində pannodakı lövhə şəkilləri yeniləri ilə əvəz edilmişdir.
- Qusar çayının əsas körpünün yeni məhəccərlərlə dəyişdirilmişdir;
- Şəhərin mərkəzi meydanında və çayın sağ sahilində yerləşən Veteranlar evlərinin qaz abunə haqları mütəmadi olaraq ödənilmişdir.
2021-ci ildə bələdiyyə tərəfindən görüləcək işlərin geniş planı hazırlanmışdır.
Biz görülmüş işləri sadalamaqla kifayətlənməməliyik. Görülmüş işlərə nəzər yetirməklə mövcud problemlərin aradan qaldırılması üçün yollar axtarmalıyıq. Biz çalışmalıyıq ki, bu istiqamətdə öz işimizi şəhər nümayəndəliyi ilə birgə quraq, şəhər ictimaiyyətinin köməyinə arxalanmaqla doğma Qusarımızın abadlaşdırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsində apardığı geniş miqyaslı işlərə öz töhfəmizi verək.
Ə.İbrahimov
Qusar Bələdiyyəsinin sədri