"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qusar bələdiyyəsi neçə ailəyə bayram sovqatı paylayıb?

--2017-03-28 / 06:55

Belediyye.infoya Qusar bələdiyyəsindən daxil olan məlumata görə, bələdiyyə iclasının qərarıyla şəhər ərazisində yaşayan şəhid və aztəminatlı ailələrə Novruz bayramı münasibətiylə bayram sovqatı  paylanılıb. Bu münasibətlə keçirilən tədbirdə bələdiyyə rəsmiləri və üzvləri iştirak ediblər. Bələdiyyənin inzibati binasında keçirilən mərasimdə 90 ailəyə bayram sovqatı paylanılıb.

Bələdiyyədən daxil olan məlumatda daha sonra qeyd edilir ki, Qusar bələdiyyəsi daim şəhid və aztəminatlı ailələlərə bayram günlərində öz köməyini göstərir.

Belediyye.info 

ŞƏRHLƏR