"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Quba bələdiyyəsinin sədri: “47 nəfər sahibkar barəsində qərar qəbul edilərək borcların ödənməsi ilə bağlı İcra şöbəsinə müraciət olunmuşdur”

--2021-08-08 / 07:10

Müsahibim Quba şəhər bələdiyyəsinin sədri Humayə Məmmədovadır. Onunla bələdiyyənin inzibati binasında görüşdük. Xanım bələdiyyə sədri əvvəllər sahibkarlıq fəaliyyətiylə məşğul olub. Ölkənin bir sıra rəsmi şəxsləri xanımın rəhbərlik etdiyi “Qədim Quba” özəl xalça müəssisəsini ziyarət ediblər. Qubanın qədim xalçaçılıq məktəbinin ornamentlərini özündə əks etdirən və əl ilə toxunan xalçalar keyfiyyətiylə həm də xarici turistlərin daim diqqət mərkəzində olub.

2019-cu ildə bələdiyyə seçkiləri elan edilərkən özünü sınamaq məqsədiylə namizədliyini verib və 2611 səslə qaliblər sırasına düşüb. 2021-ci ilin mayı ayında bələdiyyə iclasında yekdilliklə sədr seçilib. Az vaxt ərzində bələdiyyənin vergi sistemində bir sıra yenilikləri tətbiq edib. Fəaliyyətiylə şəhərdə bələdiyyənin nüfuzunu artırmaq üçün ciddi layihələrə imza atıb.

Ölkəmizin cənubunda doğulub boya-başa çatan xanım Humayə Məmmədova üçün bu gün şimal regionunda nüfuzlu bir bələdiyyəyə rəhbərlik etmək, özünün də söylədyi kimi, böyük məsuliyyət və həm də şərəfdir. Söhbətimizdə xanım sədr fəaliyyətiylə bağlı bəzi məqamlara toxunur:

- Hazırda bələdiyyə qarşısında dayanan əsas vəzifə əhali arasında yerli orqanın nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələləri vaxtında həll etmək, sosial-iqtisadi inkişafda fəal iştirak etmək və eyni zamanda sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrin daim diqqətdə saxlanılmasından ibarətdir. Biz həm vergilərimizi toplamalı, əhali arasında maariflədirmə işlərini aparmalı, həm də sosial layihələri həyata keçirməliyik.

2020-ci il tariximizə həm də qələbə ili kimi yazıldı. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız erməni işğalından azad edildi və rəşadətli ordumuzun müzəffər əsgər və zabitlərinin qətiyyəti sayəsində 30 illik həsrətə son qoyuldu.

Quba bələdiyyəsi tərəfindən ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş həmyerlilərimizn ailə üzvləri və qazilər istər maddi, istərsə də mənəvi olaraq daim bələdiyyənin diqqət mərkəzində saxlanılır.

Söhbət zamanı sədr həm də bələdiyyənin bəzi xərclərinə toxunmağı unutmadı:

-2021-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsindən işçilərin əməkhaqqına 32413 manat, DSMF və digər tutulmalara 39.189 manat vəsait ayrılmışdır. Bu dövrdə sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələlərə 7.230 manat maddi yardım verilmişdir. Eyni zamanda Novruz bayramı münasibəti ilə 12.000 manat məbləğində 350 nəfər aztəminatlı ailəyə bayram sovqatı paylanılmışdır.

Eyni zamanda vergilərin cəlb olunması məqsədi ilə uzun illərdir vergi borcunu ödəməyən sahibkarlara şifahi və yazılı xəbərdarlıqlar edilmiş və 47 nəfər sahibkar barəsində qərar qəbul edilərək borcların ödənməsi ilə bağlı Ədliyyə nazirliyinin Quba rayon İcra şöbəsinə müraciət olunmuşdur.

Ötən dövr ərzində 104 nəfər şəhər sakini fərdi mənzil tikintisi üçün ayrılan torpaq növbəsinə qeydiyyata alınmışdır. Bələdiyyə ərazisində olan qanunsuz zəbtlərin ləğv edilməsı nəticəsində Quba RİH-in tövsiyəsi əsasında 3 şəhid ailəsinə, 8 evsiz, aztəminatlı ailəyə və 2 qaziyə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

Şəhərin abadlaşdırılması işləri uyğun olaraq mərkəzi Meydan parkında və məhəllədaxili yollarda təmir işləri aparılmışdır. Eyni zamanda “Dəvədabanı” massivində məhəllədaxili yollara asfalt döşənməsi üçün yollar texnika vasitəsi ilə hamarlanmış və çınqıl tökülmüşdür. Cari təmir işləri olaraq bəzi küçələrin səkiləri təmir olunmuş və fasadı rənglənmişdir.

Quba bələdiyyəsinə 6 ay ərzində vətəndaşların müxtəlif mövzularda 382 ərizə daxil olmuşdur. Bu ərazilərin böyük hissəsi maddi yardımla bağlı olmuşdur ki, onlarında çox hissəsi tərəfimizdən təmin olunmuşdur.

Bu arada sədr maraqlı bir layihəyə toxunur:

- Bələdiyyənin ən əsas və yaddaqalan müraciətinə toxunmaq istərdim. Şəhərin köhnə avtovağzal səmtində yaşayan vətədaşlarımızın müraciətini qeyd etmək istərdim. Vətəndaşlar ərazidə park salınmasıyla bağlı bələdiyyəyə müraciət etmiş və bu təklif bələdiyyə iclasında baxılaraq ən müasir tələblərə cavab verən parkın salınması qərara alınmışdır. Bələdiyyənin maliyyəsi ilə bu gün ərazidə uşaqların və böyüklərin asudə vaxtının təşkil üçün hər bir şəraiti olan park salınmışdır...

Sədrin hesabat xarakterli fikirlərində bəzi məqamlar diqqətimi çəkdi. H.Məmədovanın sözlərinə görə, bizim əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir. Ancaq bütün işlərin görülməsi üçün ən vacib şərt bələdiyyənin dayanıqlı maliyyə mənbəyinin olmasıdır. Bələdiyyənin vergi xidməti tərəfindən sədrin təşəbbüsü ilə bələdiyyədə vergi uçotu sisteminə yenidən baxılmış, ərazidə mövcud olan vergi subyektlərinin inventarlaşdırlıması aparılmış və ərazidə 8.000-dən artıq vergi ödəyicisinin və 1.000-dən artıq sahibkarlıq subyektinin olması müəyyən edilmişdir. Hesablamalara görə, bu istiqamətdə bələdiyyənin əldə edəcəyi maliyyə vəsaitinin həcmi 600 min manatı keçir. Qeydiyyatda olan əmlakın 1.200-i təqaüdçülərin və digər kateqoriyaya aid olan vətəndaşların adına olduğundan onlara vergi güzəştləri tətbiq edilir.

Bu gün bələdiyyə üzvləri qulluqçularla birlikdə daim vətəndaşlarla görüşlərdə iştirak edir, onların maarifləndirilməsində yaxından iştirak edir.

Belediyye.info

ŞƏRHLƏR