"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qobustan bələdiyyələrinin büdcə gəlirləri azalıb

--2019-09-06 / 05:23

Qobustan rayonunda formalaşan 16 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 110.500 manat olub. Bu da 2017-ci illə müqayisədə iki faizədək azalma deməkdir.

Əldə edilən vəsaitin isə 41.7 faizi yəni bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Qobustan bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 46100 manat olub ki, bu da ötən ilki rəqəm 12.3 faiz artıq deməkdir.

Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Qobustan rayonunda formalaşan 16 bələdiyyə 2700 manatlıq əmlak vergisi, 29400 manatlıq torpaq vergisi toplaya biliblər.

İl ərzində reklam vergisindən , mədən vergisindən, dayanacaq və mehmanxana rüsumundan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib. Qeyd edək ki, il ərzində 32300 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Qobustan bələdiyyələri əldə etdikləri qazancın 53.2 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR