"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qımıl qışlaq bələdiyyəsində problemlər öz həllini tapir

--2019-05-01 / 06:56

 Azərbaycanda iqtisadi, siyasi və hüquqi islahatların bir istiqaməti kimi yerli özünüidarənin yaradılması bütün postsovet məkanında müşahidə olunan mərkəzləşdirmə prosesinə böyük təkan verdi. Bu prosesdə bələdiyyələr aparıcı rol oynayır, onların inkişafı və möhkəmləndirilməsi yerli demokratiyanın Azərbaycanda inkişafı deməkdir. İlk dəfə olaraq Azərbaycan Respublikasının konstitusiyasında postsovet məkanı üçün tamamilə yeni olan yerli özünüidarə orqanı qeyri-dövlət təşkilatı olan bələdiyyələr İnstitutu təsis edilmişdir. Artıq respublikamızda bələdiyyələr sözünü demiş müstəqil orqan kimi fəaliyyətini davam etdirir. Belə bələdiyyələrdən biri də Xaçmaz rayonu Qımıl qışlaq bələdiyyəsidir.

Qımıl qışlaq bələdiyyəsi 9 kəndi əhatə edir ki, bu kəndlərdə 6300 nəfər əhali yaşayır. Ərazidə 2 tam orta, 2 orta, 4 ibtidai məktəb, folklor evi və 2 kitabxana, tibb məntəqəsi və 2 amblatoriya fəaliyyət göstərir. Bələdiyyənin sədri isə Ceyhun Mustafayevdir.

Ceyhun Mustafayev ərazi haqqında məlumatları, görmüş olduğu və görəcəyi işləri elə həvəslə sadalayırdı ki, vaxtın nə zaman keçdiyini hiss etmirdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

Qımıl qışlaq bələdiyyəsinin əsas məşğuliyyəti nədən ibarətdir?

Ərazidə yaşayan əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı- meyvə və tərəvəzçilik, heyvandarlıqdır. Lakin əkib-becərmək sosial problemlərin həll olunması demək deyil. Əhalı əldə etdiyi məhsulu həm yerli, həm də xarici bazarlara tədarük etməlidir. Amma satış zamanı problemlər yaranır. Bu problemləri aradan qaldırmaq və bazara nəzarət etmək lazımdır. Təbii ki, bu, bələdiyyə çevrəsində həll olunan məsələ deyil. Məhz ona görə də, bu məsələ həllini tapmayan problemlər sırasındadı.

Heyvandarlığın inkişafı üçün otlağa, örüş sahələrinə ehtiyac var.

Yayın quraq aylarında suvarma suyuna ehtiyyac yaranır.

Ceyhun müəllim, söhbətinizdən də məlum oldu ki, ərazidə həll olunması məsələlər çoxluq təşkil edir.

Bəli, iş varsa problem də olmalıdır. Sevindirici hal budur ki, suvarma suyuna olan ehtiyacımız bu yaxınlarda öz həllini tapacaq. Su anbarı tikilərək istifadəyə veriləcək. Kənd ərazisindəki gölə gələn bulaq sularını dizel matoru vasitəsi ilə 300 metr məsafədəki kanala vurulması təmin ediləcəkdir. Bu layihə may ayının 28-də başa çatacaqdır.

Vergilərin yıqılmasını necə təşkil edirsiniz?

Bələdiyyə maliyyəsinin əsasları haqqında qanuna müvafiq olaraq bələdiyyənin büdcəsi ərazidə yaşayan fiziki şəxslərdən yığılan torpaq və əmlak vergilərindən, bələdiyyə torpaqlarının icarəyə verilməsindən əldə olunan vəsait hesabına maliyyələşmişdir.

Bələdiyyənin 2010-ci iləldə etdiyi gəliri 15 min idisə, bu gün bu rəqəm 45.600 AZN olmuşdur. Vergilərin yığılması, bələdiyyə büdcəsinin təsdiq edilməsi, xərclənməsi, yerli sosial müdafiə tədbirləri barədə qərarlar verilməsi, təhsil müəssisələrinin təmiri, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və digər kateqoriyalardan olan şəxslərə yardım edilməsi, ərazidə sosial, mədəni-quruculuq, təmizlik işlərini və digər yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərə baxılıb müzakirə olunaraq müvafiq qərarlar qəbul edirik.

Ceyhun müəllim, ərazidə yaşayan aztəminatlı ailələrə yardım edilirmi?

Bələdiyyənin ərazisində yaşayan aztəminatlı ailələrin, Qarabağ müharibəsi əlillərinin sosial qayğı və ehtiyaclarının ödənilməsini daim diqqət mərkəzində saxlayırıq.

Bələdiyyənin ərazisindəki məktəblərin maddi bazasının möhkəmləndirilməsinə də böyük qayğı göstərilmişdir. Ərazidə sosial abadlıq işlərinin görülməsi də daim diqqət mərkəzindədır.

“Yol mədəniyyətdir”. Kənd yollarınızın vəziyyəti qənaətbəxşdırmı?

Bələdiyyə sosial iqtisadi məsələləri həll edərkən ilk növbədə ərazidə yaşayan əhalinin rəyini nəzərə alırıq. Şıxlar kəndində 1300 metrlik yol genişləndirilmiş və çınqıl döşənmişdır. Təbii ki, bu əhali ilə bələdiyyənin birgə işi olmuşdur.

Bələdiyyənin fəaliyyətində müəyyən nöqsanlar da mövcuddur. Biz çalışacağıq ki, qarşıdan gələn illərdə nöqsanları aradan qaldıraq.

Ətraflı məlumat üçün sizə təşəkkürümüzü bildiririk.

Qımıl qışlaq bələdiyyəsi bundan sonra da fəaliyyətini bələdiyyələr haqqındakı mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada quracaq. Əhalinin daim artan sosial tələblərinin yerinə yetirilməsinə, maddi rifah halının  yaxşılaşdırılmasına, yerli əhəmiyyətli məsələlərin operativ həllinə çalışacağıq.

Gülxar RƏHİMLİ,

“ XAÇMAZ”.

ŞƏRHLƏR