Bu gün Nərimanov bələdiyyəsində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevın Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasını sədri Arif Hümbətovla və Vətən Müharibəsi Qəhrəmanı Zaur Hikmət oğlu Quliyevlə görüşü keçirilib.
Təmraz Tağıyev xalqımızın hər bir üzvünün Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müqəddəs savaşın qərəmanları ilə görüşdən qürur duyduğunu bildirib.
Görüşdə həmçinin Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanıb.
Qeyd edək ki, Zaur Quliyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib. Şəhid qəhrəman Azad Hümbətov isə Füzuli şəhərinin, Hadrut qəsəbəsinin, Qubadlı şəhərinin və Laçın dəhlizinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.
Görüşün sonunda Nərimanov bələdiyyəsinin inzibati binasında Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş guşənin qarşısında xatirə şəkli çəkilib.
Belediyye.info