"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qazıqumlaq bələdiyyəsi yeni layihəyə start verib

--2022-08-08 / 14:24

Ucar rayonu Qazıqumlaq bələdiyyəsi Məlikballı kəndində ümumi istifadədə olan və uzunluğu 2 km-ə yaxın olan yolda cari təmir işlərinə start verib.

Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda bildirilir ki, vətəndaşların müraciətinə və bələdiyyə iclasının qərarıyla Məlikballı kəndinin məhəlləarası yollarına çınqıl tökülərək, yayılması nəzərdə tutulur.

Qazıqumlaq bələdiyyəsi bu prosesi yaxın günlərdə başa çatdırmağı planlaşdırır.

Bundan sonra maliyyə imkanı olduqca kəndin digər küçələrində də təmir işləri aparılacaqdır.

Belediyye.info

ŞƏRHLƏR