"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsinin 2017-ci ilin illik H E S A B A T I

--2018-02-01 / 16:57

 

Bələdiyyələrin yaradılması dövlətçilik tariximizə mühüm hadisə kimi daxil olmuşdur.Bələdiyyələrin yaradılması ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi, ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə bələdiyyə institutu yaradıldı. Yerli özünüidaretmə orqanlarını yaradılmasının əsas məqsədlərindən biri də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyin gündəmə gətirilməsi idi. Bu gün ümummilli lidеrimiz Hеydər Əliyеvin siyаsi kursunun bаcаrıqlı vаrisi Prеzidеntimiz İlhаm Əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit bizə vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarında daha məsuliyyətli çalışmağa stimul verir.

Son illər ərzində dünyada cərəyan edən qeyri-sabitlik, qlobal iqtisadi problemlər ölkəmizdən də yan keçməsə də, düşünülmüş dövlət siyasəti nəticəsində digər ölkələrlə müqayisədə dövlətimiz iqtisadi və sosial böhrana düşməmişdir. Bələdiyyələrin inkişafına təkan verən yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi də dövlət siyasətinin prioritet sahələrindən biri hesab edilmişdir. Yerli özünüidarə orqanlarının daha çevik dövlət qurumlarına çevrilməsi üçün ölkə başçısının imzaladığı sənədlər, bələdiyyələrin inkişafına göstərdiyi qayğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır. Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Qax Bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışаrаq   müəyyən işlər görmüşdür.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun və   Qax Bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq, Qax bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, sərəncam və fərmanları, tövsiyyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək 2017-ci il

 

 

ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə illik hesabatını ictimaiyyətə təqdim edir.

BƏLƏDİYYƏ İCLASLARI

2017-cı ildə bələdiyyənin 13 iclası keçirilmişdir. İclasların gündəliyinə 49 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. İclas gündəliklərində əsasən sakinlərə həyətyanı və sahibkarlıq məqsədilə torpaqların ayrılması, təmir-abadlıq işlərinin aparılması, mədəni-kütləvi tədbirlərin icrasına vəsaitin ayrılması, sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.

VƏTƏNDAŞLARIN  MÜRACİƏTLƏRİ

Ötən il bələdiyyəyə vətəndaşlardan 240 ədəd ərizə və məktub daxil olub. 28 nəfər maddi yardımla, 21 nəfər sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin alınması, 91 nəfər fərdi mənzil tikinitisi üçün torpaq sahəsinə növbəyə daxil olmaq üçün, 19-u qonşu ilə mübahisə, 5 nəfər işlə, qalanlar isə digər məsələlərlə əlaqədar olmuşdur.

Ötən hesabat illəri ilə müqayisədə yerli büdcə gəlirlərində artımın hiss olunması ilə maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. Belə ki, 29 nəfərə müalicə və sosial problemlərin həlli məqsədilə yardım edilmişdir. Eləcə də aztəminatlı ailələrin dəfn mərasimlərində onlara xüsusi güzəştlər edilmiş, xeyir-şər mağarları əvəziz olaraq icarəyə verilmişdir. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.

İl ərzində bələdiyyəyə rəsmi orqanlardan daxil olmuş 69 ədəd sənəd və məktublara müvafiq qanunvericiliyin tələblərinə uyğun baxılaraq, cavablar yazılıb. Tövsiyyə, təlimati xarakterli qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün komissiyalara verilib. Hesabat dövründə bələdiyyə sədri tərəfindən 320 +nəfər fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti yerində baxılmaqla öz həllini tapmışdır. Digərləri araşdırılması üçün komissiyalara həvalə olunub, müraciətlərə əsaslandırılmış cavablar verilmişdir.

 

 

 

Qax bələdiyyəsinin 2017-ci ildə bələdiyyə büdcəsinin gəlirləri aşağıdakı kimi olmuşdur:

 

Qax bələdiyyəsinin 2017-ci ilin illik   gəlirlərinin

H E S A B A T I

                                                01.01.2017-ci ilə qalıq:2195.00

Sıra sayı

M ə z m u n u

Məbləği

 

I.Gəlirlər

 

Daxil olub torpaq satışından

146937.00

 

Daxil olub əmlak vergisi

14298.00

 

Torpaq vergisindən

15997.00

 

Mədən vergisi

7500.00

 

Maşının icarə haqqı

1450.00

 

Dəfn rüsumu

4900.00

 

Xeyr şər mağarından icarə haqqı

2260.00

 

Karusellərdən icarə haqqı

1650.00

 

Sahibkarlıq obyektindən icarə haqqı

300.00

 

Dotasiya

7000.00

 

Sanuzeldən icarə haqqı

150.00

 

Reklamdan icarə haqqı

4459.00

 

Səyyar ticarət xidmətindən

50.00

 

Sair mədaxil

168.00

 

CƏMİ:

207119.00

 

 

 

Cədvəldən göründüyü kimi Qax bələdiyyəsinin 2017-ci ilin gəliri 207119.00 manat olmuşdur. Bələdiyyə gəlirlərinin əsas hissəsini torpaq satışı (146937.00 manat), eləcə də , əmlak və torpaq vergisi (30295 manat), bələdiyyəyə məxsus xeyir-şər mağarından icarə haqqı ( 2260.00 manat) ,bələdiyyə ərazisində reklam xidmətinin göstərilməsinə görə icarə haqqı (4459.00 manat ), dövlət tərəfindən verilmiş dotasiya ( 7000.00 manat) , dəfn rüsumu ( 4900.00 manat) və digər daxilolmalar təşkil edir. Qeyd edək ki, gəlirlərdə əvvəlki illərə nisbətən artım hiss olunsa da, biz istədiyimiz nəticəni əldə edə bilməmişik. Belə ki, hər il yerli büdcə layihəsinin hazırlanma mərhələsində əhalidən toplanacaq əmlak və torpaq vergiləri proqnozlaşdırılsa da, bu verginin tam yığımına nail ola bilməmişik.

 

Qax bələdiyyəsinin 2017-ci ildə bələdiyyə büdcə xərcləri xərclərini 193885.00 manat təşkil etmişdir. Xərclər aşağıdakı kimi olmuşdur:

 

 

II-Xərclər

 

Verilib işçilərə əmək haqqı və məzuniyyət xərci (2016-2017-ci illər üzrə)

66878.00

 

D.S.M.F-na ə/h-dan ayırma

19637.00

 

Y.X.O-na əmək haqqından gəlir vergisi

6469.00

4..

S.Q.Y.F-na əmək haqqından üzvülük haqqı

580.00

 

Həmkarlara üzvülük haqqı

1300.00

 

Qax telekommunikasiya qovşağına xidmət haqqı

700.00

 

Azərişıq S.C-nə xidmət haqqı

1450.00

 

Azəriqaz İB-ə xidmət haqqı

1000.00

 

ƏMDK-si yanında hərracın 4 %-nin xidmət haqqı

3858.00

 

DƏDRX-nə reystrdən çıxarış üçün xidmət haqqı

2880.00

 

 

 

 

Sadələşmiş vergi

251.00

 

Bank xərci

1222.00

 

Poçt xərci

173.00

 

 

İmkansız ailələrə yardım

5130.00

 

Torpaq satışından daxil olmuş vəsait geri qaqytarılır

12514.00

 

ŞBMA-na üzvülük haqqı

1150.00

 

İdarə maşınlarının saxlanılması xərci

5813.00

 

Dəftərxana və təsərrüfat xərci

1816.00

 

Bələdiyyə hesabatının keçirilməsinə

1300.00

 

8 Mart, Novruz bayramı,Ramazan bayramı və Yeni il şənliyinin keçirilməsinə

3700.00

 

Parkların təmirinə

8987.00

 

YAP-na üzvülük haqqı

380.00

 

KMK-na xidmət haqqı

1217.00

 

BSKİ-nə xidmət haqqı

1057.00

 

Abunə yazılışına

737.00

 

Küçələrdə abadlıq işlərinə

9062.00

 

Xeyr şər mağarının hazırlanmasına

6840.00

 

“Dizayn” MMC-yə layihə xərci

1452.00

 

9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə xidmət haqqı

200.00

 

İnventarın alınmasına

1909.00

 

Ezamiyyə xərci

330.00

 

 

Asan imza və internet xidməti haqqı

283.00

 

 

Audit xidməti haqqı (2015-2017-ci illər üçün)

5300.00

 

Yük maşınlarının dayanacağının düzəldilməsinə

2000.00

 

600 bal toplayan abituriyentlərin mükafatlanlandırılmasına

850.00

 

Şəhər qəbristanlığında abadlıq-tikinti işlərinin aparılmasına.

14520.00

 

Qəbristanlığa çay daşının alınmasına

240.00

 

Futbol yarışının keçirilməsinə

700.00

 

CƏMİ:

193885.00

                        

                 01.01.2018-ci ilə büdcə qalığı:15429.00

Xərclərin əsas hissəsi idarənin saxlanma xərcləri, işçilərin əmək haqlarının verilməsi, üzvülük və xidmət haqları, abadlıq-tikinti işlərinə və mədəni-kütləvi tədbirlərin keçirilməsinə xərclənmişdir.

            Ötən hesabat ili ərzində Qax bələdiyyəsi yerlərdə sakinlərin rəy və təkliflərini nəzərə alaraq təmir-tikinti işləri aparmışdır.R.Behbudov və S.Qocayev küçələrinin abadlaşdırılması, arxların salınması, qravilin döşənməsi təmin olunmuşdur. Bələdiyyə tabeliyində olan şəhər park və bağları daim nəzartdə saxlanmış, qazon örtüyünün yenilənməsi, H.Əliyev parkında ad göstəricisinin dəyişdirilməsi, İçəribazar Qala Kompleksində səhnənin, oturacaqların və mağazaların taxta qapılarının rənglənməsi işləri aparılmışdır. Qax bələdiyyəsinin də iştirakı ilə Şəki-Qax magistral yolunun kənarında salınmış yaşıllıqların mühafizəsi və sulanması ötən illər ərzində olduğu kimi 2017-ci ildə də davam etdirilmişdir. Cənab pezidentimiz İlham Əliyevin şəxsən iştirakı ilə istifadəyə verilmiş Bayraq Meydanın tərtibatında da Qax bələdiyyəsi fəal iştirak etmişdir.Meydana taxta örtüklü metal gül və zibil qabları yerləşdirilmişdir.Cənab prezidentimizin rayonumuza gəlişi ilə əlaqədar olaraq şəhər ərazisində Qax Rayon İcra Hakimiyyəti, Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə birlikdə Qax bələdiyyəsi də təmizliyin aparılması, yaşıllaşdırma və abadlıq işlərində səylə çalışmışdır. Ölkə başçısının Qax rayonunun infrastrukturunun yaxşılaşdırılması üçün ayırdığı vəsait hesabına küçələrə asfalt örtüyünün çəkilməsi üçün bələdiyyəmiz zəbt olunmuş ərazilərin boşaldılması, təmizlənməsi, sərhədlərin müəyyən edilməsi, vətəndaşlarla söhbətlərin aparılmasını təmin etmişdir.

 

 

Qax bələdiyyəsinə məxsus sahibkarlıq obyektinin icarəyə cəlb olunması məqsədilə kiçik təmir işləri aparılmış, obyektdə sanuzel qovşağı tikilib istifadəyə verilmişdir. Qax bələdiyyəsinin nəzdində olan şəhər qəbirstanlığının abadlaşdırılması sahəsində işlər 2017-ci il ərzində də davam etdirilmişdir. Şəhər qəbirstanlığı ilə sərhəddə olan həyətyanı sahələr arasındakı çəpərlər sökülmüş və hasarların tikilməsi işi davam etdirilməkdədir. Eləcə də Qax bələdiyyəsinə məxsus xeyir-şər mağarların saxlanma anbarının tikilməsi üçün qəbirstanlıq ərazisində mövcud təsərrüfat sarayı rekanstruksiya olunaraq 21x6 metr ölçüsündə anbar tikilmiş, qəbirstanlığın giriş hissəsinin və anbarətrafı sahələrin və mövcud sanitar qovşağın abadlaşdırılması , qəbirstanlıq ərazisində bulağın tikilməsi işi də davam etdirilməkdədir. Qeyd edək ki, şəhər qəbirstanlığının Qax bələdiyyəsinin tabeliyinə keçməsindən bu günə kimi qəbirstanlıq ərazisi müsbət yöndə xeyli dəyişmişdir. Əvvəllər biçilməmiş ot sahələrindən , qəbirlər arasında bitmiş kol-koslardan sakinlərimiz öz əzizlərinin qəbrini ziyarət edərkən çətinlik çəkirdilər. Bu gün isə biz həm seçicilərimizdən, həm də rayonumuza gələn qonaqlardan ancaq xoş sözlər eşidirik. Yerli büdcəyə əlavə gəlir mənbələrinin cəlb olunması məqsədilə xeyir-şər mağarlarının sayı artırılmış, 2 ədəd 10x5 metr ölçülərində mağar və onun inventarları istifadəyə verilmişdir. Müxtəlif ölçülü mağarların təşkil olunmasında məqsəd həm aztəminatlı ailələrin  büdcəsinə uyğun mağarları istifadəyə vermək, həm də kiçik dalanlı evlərdə mağarların asan quraşdırılmasını təmin etməkdir.

            Təhsilin inkişafını daim dəstəkləyən və öz tədbirlər planında bu sahəyə xüsusi yer ayıran Qax bələdiyyəsi 2017-ci ildə 600-dən çox bal toplamış Qax rayonunun məzunları ilə geniş miqyasda görüş keçirmiş və onları pul mükafatı ilə təltif etmişdir. Qeyd edək ki, ucqar kəndlərimizdə yüksək nəticə əldə etmiş məzunlarımızı ictimaiyyətə tanıtmaq və gələcək məzunlara örnək və stimul vermək məqsədilə bu tədbirə kənd bələdiyyələrini də cəlb edilmişdir.

            Dini və dövlət bayramlarının qeyd olunması da diqqətdə saxlanmış, Ramazan və Novruz bayramında aztəminatlı ailələr dəvət olunaraq bayram süfrəsi açılmışdır. Novruz bayramı çərçivəsində N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə bələdiyyə üzvlərinin görüşü keçirilmiş, əsgərlərimizə bayram sovqatı aparılmış, bayram tədbiri təşkil olunmuşdur.

Adəti üzrə rayon bələdiyyələrinin iştirakı ilə birincilik uğrunda futbol yarışı təşkil olunmuşdur.Qax bələdiyyəsi də həmin yarışda 2 komanda ilə təmsil olunmuş və iştirak edən komandalar müvafiq yerlər tutmuşlar.

 

 

 

 

Gəlirlərin nisbətən artması ilə sosial xarakterli müraciətlərin həll olunması Qax bələdiyyəsi və onun komissiyalarının birinci işi olmuşdur. Belə ki, yardımlarla bağlı ərizələr daimi komissiyalarda müzakirə olunmuş, müraciət edənlərin ailə vəziyyətləri ilə tanış olmaqla onlara köməklik göstərilmişdir. Ümid edirik ki, növbəti hesabat ilində gəlirlərimiz daha da çoxalacaq və biz aztəminatlı seçicilərimizin müraciətlərini müsbət həll edə biləcəyik.

Eləcə də Qarabağ əlili və şəhid ailələrinə xüsusi imtiyazların verilməsi qanununa uyğun olaraq 1 Qarabağ əlilinə və 1 şəhid ailəsinə əvəzsiz olaraq 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir.

Yerli əhəmiyyətli məsələlərin operativ həlli məqsədilə Qax bələdiyyəsi məhəllə komitələri ilə sıx təmasda fəaliyyətini qurmağa çalışmışdır. Daimi komissiyalar, bələdiyyə sədri və müavinləri tez-tez məhəllə komitələri ilə birgə görüşlər keçirmiş, yerlərdə seçiciləri narahat edən problemlərlə maraqlanmışdır. Müraciətlərin əksəri yeni salınmış yaşayış massivlərində qazlaşdırılma, su təchizatı, işıqlanma və gediş-gəlişin yaxşılaşdırılması ilə bağlı olmuşdur. Qax bələdiyyəsi həmin müraciətlərin bir qisminin icrasını təmin etmiş, aidiyyatı qurumlar qarşısında məsələlər qaldırmış, həllini gözləyən işlərin icrası isə növbəti hesabat ilinin tədbirlər planında nəzərdə tutulmuşdur.

Yerli Vergi və Ödənişlərin Avtomatlaşdırılmış məlumat sisteminin hazırlanması sahəsində də xeyli işlər görülmüşdür. 2500-dən çox əmlak və

torpaq vergi ödəyicisi elektron bazada qeydiyyata alınmışdır. Bələdiyyənin fəaliyyətini əks etdirən aylıq gəlir və xərclərin hesabatları bazada mütəmadi olaraq öz əksini tapmaqdadır. Lakin yerli vergi ödəyicilərinin qeydiyyata alınaraq bazaya işlənməsi işi tam yekunlaşdıra bilməmişik. Dəfələrlə seçilərimizə elan və fərdi olaraq müraciət olunsa da, idarə və təşkilatlarda maarifləndirmə xarakterli görüşlər keçirilsə də, yenə də vergi ödəyiciləri qanuni torpaq    və əmlak sənədlərinin bələdiyyəyə təqdim olunmasına biganə yanaşır, bazanın işlənməsi işini ləngidirlər. Odur ki, bir daha seçicilərimizdən qanuni torpaq və əmlak sənədlərini bələdiyyəyə təqdim etmələrini xahiş edirik.

            Son illər Qax şəhərində gənc ailələrin sayının artması ilə seçicilərin həyətyanı torpaq sahələrinin satılması ilə bağlı müraciətləri çoxalmışdır. Bildiyimiz kimi Qax şəhərinin ərazisinin genişləndirilməsi üçün müvafiq sənədlər toplanmış, aidiyyatı qurumlardan, nazirliklərdən rəylər alınmışdır. Toplanmış sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə sərəncamın verilməsi üçün göndərilmişdir. Qeyd edək ki, bu topaqların kateqoriyasının dəyişdirilməsinin son mərhələsidir. Bundan sonra uzun illər

 

 

növbədə gözləyən seçicilərimizə mənzil tikilməsi üçün torpaq sahələri ayrılaması məsələsi müzakirə olunacaqdır.

Vətəndaş cəmiyyətinin bir forması kimi bələdiyyələr seçicilərlə sıx təmasda olmalı və birgə işləməlidirlər. Bu tələbləri nəzərə alaraq Qax bələdiyyəsi də daim seçicilərlə ünsiyyətdə olur, həm Yerli Demokratiya Həftəsində , həm də mütəmadi olaraq seçicilərin rəy və təkliflərini nəzərə alaraq öz fəaliyyətini qurmağa çalışmışdır. Qax bələdiyyəsi seçicilərin yerli

özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etməsi üçün daim çalışacağına söz veirir.

Bundan sonra da bələdiyyəmiz seçicilərlə sağlam, işgüzar münasibətlərin yaradılması, faydalı işin təşkili , onların etimadının doğruldulması üçün daim səylə çalışacaqdır.

 E.X.Orucov

Qax bələdiyyəsinin sədri  

ŞƏRHLƏR