"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsində məzunlarla görüş keçirilib

--2019-09-11 / 06:48

Qax bələdiyyəsi şəhər məktəblərinin 600-dən çox bal toplamış və qızıl, gümüş medala layiq görülən məzunları ilə görüş keçirib.

Təhsilə göstərilən qayğının nəticəsidir ki, Qax rayonunda məzunların ali məktəblərə qəbul faizi ilbəil artmaqdadır.Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 17 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Qax bələdiyyəsi ənənəsinə saiq olaraq bu il də Heydər Əliyev Mərkəzində 2018/2019-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış gənclərlə görüş keçirmişdir. Bələdiyyə sədri Eyvaz Orucov tədbiri açaraq, gəncləri qazandıqları böyük nailiyyət münasibətilə təbrik etmişdir. Onların ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə ,gənclərimizin öz biliklərini daha da artırmaq üçün ciddi çalışmalarının, müasir dövrün tələblərinə uyğun mütəxəssis kimi yetişmələrinin vacibliyini qeyd etmişdir.

Tədbirdə RİH Başçısının müavini Vəfa Heydərova, Təhsil şöbəsinin əməkdaşı Günay Mahmudova, məktəb direktorları, valideyinlər və ən yüksək nəticə göstərən Prezident təqaüdünə layiq görülmüş 2 nəfər Əsmər Şıxəmirli və Günay Qaraxova çıxış etmişlər

Tələbə adı alan məzunlara Qax bələdiyyəsi tərəfindən pul mükafatı və fəxri fərman təqdim olunmuşdur.

Günel Məmmədova

Qax bələdiyyəsinin sədr müavini

ŞƏRHLƏR