"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsində ali məktəblərə qəbulda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilmişdir

--2021-09-14 / 15:49
Qax bələdiyyəsində 2020-2021-ci ildə ali məktəblərə qəbulda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilmişdir.
Təhsilə göstərilən qayğının nəticəsidir ki, Qax rayonunda məzunların ali məktəblərə qəbul faizi qənaətbəxdir.2020-2021-ci il tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 7 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Qax bələdiyyəsi ənənəsinə sadiq olaraq bu il də 2020/2021-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış gənclərlə görüş keçirmişdir. Bələdiyyə sədri Eyvaz Orucov tədbiri açaraq, gəncləri qazandıqları böyük nailiyyət münasibətilə təbrik etmişdir. Onların ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə ,gənclərimizin öz biliklərini daha da artırmaq üçün ciddi çalışmalarının, müasir dövrün tələblərinə uyğun mütəxəssis kimi yetişmələrinin vacibliyini qeyd etmişdir. Tədbirdə RİH məsləhətçisi Orxan Səmədov , Təhsil şöbəsinin müdiri Babək Heydərov valideyin Nazilə Vəliyeva bələdiyyə üzvüləri Fərhad Fərhadov. Natiq Allahverdiyev, Güllü Əhmədova və yüksək nəticə göstərən tələbə adı qazanan Zaur Muradlı, Orxan Osmanlı, Fərid Əhmədzadə, Günəş Əlizadə, Ayxan Möhsünov çıxış etmişlər
Tələbə adı alan məzunlara Qax bələdiyyəsi tərəfindən pul mükafatı və fəxri fərman təqdim olunmuşdur.
Qax bələdiyyəsi 
ŞƏRHLƏR