"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsi şahmat turniri keçirib

--2019-05-08 / 12:02

Qax bələdiyyəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə 27 aprel-5 may tarixlərində keçirdiyi rayon şahmat birinciliyi başa çatmışdır.

Yarışlarda müxtəlif yaş qruplarından olan 90-a yaxın şahmatçı iştirak etmişdir.

7 mayda yarışın yekun tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Qax bələdiyyəsinin sədri Eyvaz Orucov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətlərindən danışdı, dahi liderin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirdi. Qalibləri təbrik edərək uğurlarının davamlı olmasını arzu etdi.

Tədbirin sonunda müxtəlif yaş qrupları üzrə müvafiq yerləri tutan iştirakçılar medallar, qiymətli hədiyyələr və diplomlarla təltif olundular.

Qax bələdiyyəsi

ŞƏRHLƏR