"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaşalti Qaraqoyunlu Bələdiyyəsinin 2021-ci iş ilində görülən işlərin yekunlarina dair H E S A B A T I

--2022-01-26 / 14:58

 Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində bir sıra məsələlərin həllində yaxından iştirak etmişdir.

2021-ci təqvim ilini ərzində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi tərəfindən ətraf mühitin yaşıllaşdırılması məqsədi ilə 660 (altı yüz altmış) ədəd müxtəlif ağac və gül kolları alınaraq əkilmişdir.

Koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə ölkəmizdə vaksinasiya prosesinə başlanılmışdır. Qaşaltı Qaraqoyunlu bələdiyyəsi əhali ilə maarifləndirici söhbətlər aparmış və əhalinin vaksinasiya olunması prosesində fəal iştirak etmişdir.  

Kənd sakinlərinin həyətyanı və pay torpaqlarının suvarılmasını asanlaşdırmaq üçün kəhrizdən kənd ərazisinə qədər olan baş arxlar işlənmiş, qonşu Tap Qaraqoyunlu kəndindən bir ədəd subartezian quyusu alınaraq öz ərazimizdə fəaliyyət göstərən subartezian quyusu ilə birləşdirilmişdir ki, bu da kənd əhalisinin suya olan tələbatını qisməndə olsa yüngülləşdirmişdir.

Ərazinin məişət tullantılarından təmizlənməsi üçün tərəfimizdən daimi tədbirlər görülür.    

2021-ci ilin 6 ay ərzində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi 27.09.2020-ci il tarixdə cəbhə bölgəsində Dağlıq Qarabağ uğrunda geden ağır döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüş 1998-ci il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Naftalan şəhər sakini Aslanov Bəxtiyar İlqar oğlunu müharibə bitdikdən sonra 2021-ci il fevralında döyüş bölgəsindən nəşi tapılmış və Naftalan şəhərində 13.02.2021-ci il tarixdə böyük insan izdihamı ilə son mənzilə yola salınmışdır. Qaşaltı Qaraqoyunlu bələdiyyəsi Şəhidimizin yas mərasiminin adına layiq keçirilməsi üçün   öz büdcə imkanları daxilində Şəhidimizin ailəsinə köməklik göstərmişdir.

Vətən müharibəsi zamanı ağır yaralanaraq qazi olmuş Qasımbəyli kənd sakini Tağıyev İlkin Həmid oğlu və Qaşaltı Qaraqoyunlu kənd sakini Həsənov Ceyhun Hacı oğluna Naftalan şəhər Qaşaltı Qaraqoyunlu Bələdiyyəsi tərəfindən maddi yardım verilmişdir və səhətləri hər zaman nəzarətimizdədir.

27 Sentyabr 2020 ci ildə geden Vətən müharibəsi zamanı mənfur düşmənlər mənfi niyyətlərindən əl çəkmədən dinc sakinləri hədəf alaraq qəsdən ziyan vurmaq məqsədiylə atılan mərmilər nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində Qurbanovlar ailəsinin 5 nəfər üzvü Qurbanov Elburus İsa oğlu, Qurbanova Şəfayət Novruz qızı, Qurbanova Afaq Dəmir qızı, nəvələri Qurbanov Şəhriyar Nadir oğlu və Qurbanova Fidan Elşən qızı şəhid olmuşdur. Mülki şəhidlərin məzarının kənarını yağan yağış suları nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Bunun üçün Qaşaltı Qaraqoyunlu Bələdiyyəsi şəhidlərin məzarının kənarında və kənd qəbirsanlığında abadlıq işləri aparmışdır.Allah şəhidlərimizə rəhmət etsin.

2021-ci il ərzində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu bələdiyyəsi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində kənd sakinlərinin istifadəsində olan 3 ədəd dayanacağın yararsız vəziyyətdə olduğu üçün, kənd sakinlərinin dayanacaqlardan istifadəsində çətinlik yaranır. Yaranmış cətinliyin aradan qaldırılması üçün dayanacaqların təmir edilməsi üçün. Bələdiyyə büdcəsindən dayanacaqların təmiri üçün maliyyə vəsaiti ayırılmışdır.          

27 Sentyabr 2020 –ci ildə gedən ağır döyüşlər zamanı Müzəffər ordumuzun əks hücumları başlayan zamanı Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlu da ordumuzun daxilində düşmənə qarşı döyüşlərdə iştirak etmişdir.

29 Sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 10.06.2021 –ci ildə yağan güclü yağışlar nəticəsində şəhidimizin evi qəzalı vəziyyətə düşmüşdür. Ailə imkansız olduğundan onların evinin təmiri Naftalan şəhər Qaşaltı Qaraqoyunlu Bələdiyyəsi olaraq öz öhdəmizə götürmüşük. Bunun üçün bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayıraraq evin dam örtüyü yenisiylə əvəz olunub,evin pənçərələri və giriş qapısı yenisi ilə əvəz olunub qəzalı vəziyyətdə olan evin 2 (iki) divarı sökülüb yenidən tikilib, həyət qapısı təmir olunub və küçədə gediş gəliş yoluna və həyətə çınqıl tökülmüşdür. Şəhidin xatirə abidəsinin kənarının işıqlandırılması məqsədi ilə abidənin kənarına işıqlar çəkilmiş və qəbirinin kənarında abadlıq işləri aparılaraq təmizlənmiş və ağaçlar əkilmişdir.

Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Bəxtiyar Elburus oğlunun bələdiyyəmizə etdiyi müraciəti əsasında Vətən Müharibəsində Şəhid olmuş Qurbanovlar ailəsinin yaşadığı küçənin əsaslə təmir işləri görülmüşdür.

Qaşaltı Qaraqoyunlu bələdiyyəsi ərazisində yerləşən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində Yeni il münasibəti ilə şəhid ailələrinə və qazilərə bayram sovqatı paylanılmışdır. Naftalan şəhər Qaşaltı Qaraqoyunlu Bələdiyyəsi ilə Naftalan Kommunal təsərrüfat İstehsalat Birliyinin arasında bağlanmış müqaviləyə əsasən Qaşaltı Qaraqoyunlu kəndi məişət tullantılarından təmizlənmişdir.

Qaşaltı Qaraqoyunlu bələdiyyəsi gələcəkdə də bu kimi tədbirlərin təşkilini və görülməsini davam etdirəcəkdir.

E.K.Yusifov

Naftalan şəhər Qaşaltı Qaraqoyunlu  bələdiyyəsinin sədri                            

    

  

  

 

 

 

ŞƏRHLƏR