"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaradağlı bələdiyyəsi hesabat verib

--2023-01-17 / 12:50

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin 17.01.2023-cü il tarixdə bələdiyyənin 2022-ci ilin yekunlarına dair hesabat iclası keçirilmişdir. İclasda bələdiyyə üzvləri ilə yanaşı kənd sakinləri də iştirak etmişdirlər. Bələdiyyə sədri Əli Musayev 2022-ci ildə görülmüş işlər və bələdiyyənin gəlir və xərcləri barədə məruzə ilə çıxış etdi.

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin 2022-ci il üzrə olan hesabatını nəzərinizə çatdırırıq.

2022-ci il ərzində bələdiyyə 22 iclas keçirmişdir. İclasın gündəliyinə 44 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib və icra olunub. İclaslarda müzakirə olunmuş məsələlərdən 9 ədədi icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə 10 ədədi bələdiyyə qulluqçularının əmək haqlarının verilməsi, 2 ədədi bələdiyyənin inzibati ərazisinə daxil olan kəndlərdə yolların təmiri, 1 ədədi bələdiyyə inzibati binasının təmiri, 1 ədədi evi yanmış vətəndaşa maddi yardım göstərilməsi, 21 ədədi təşkilati və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə bələdiyyəyə 19 ədəd ərizə və 56 ədəd məktub daxil olub. Ərizələrdən 2 ədədi fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması ilə, 13 ədədi icarə torpaq sahəsi ayrılmasını istəməsi ilə, 1 ədədi maddi yardımla və 3 ədədi təşkilati və digər məsələlərlə bağlı olub.

Fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi almaq üçün müraciət edənlərdən 4 nəfərə torpaq sahəsi satılmış, icarə torpaq sahəsi ayrılması üçün müraciət edən 2 nəfərə icarə torpaq sahəsi verilmiş, maddi yardım üçün müraciət edənlərdən 1 nəfərə maddi yardım edilmişdir.. Həmçinin həyətyanı məqsədi ilə verilən torpaq sahələrindən 1 ədədi Qarabağ veteranına pulsuz verilmişdir.

Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 1 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinə müraciət edilib

2022-ci ilin 12 ayı ərzində bələdiyyəmizə rəsmi orqanlardan 56 ədəd sənəd və məktub daxil olub. Onlardan 5 ədədi yerli İcra Hakimiyyəti orqanından, 40 ədədi Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən, 11 ədədi digər idarə və təşkilatlardan göndərilib. Göyçay Regional Ədliyyə İdarəsindən göndərilən tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar müzakirə olunmuş və istifadə üçün qeydiyyata alınmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. Bələdiyyələrin fəailiyyətini gücləndirmək üçün lazım olan ən mühüm məsələlərlə bağlı tövsiyələr Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm amil olan yerli vergilərin toplanmasında yaranan problemlərin də həllinə köməklik göstərilməsi məqsədi ilə seminarların keçirilməsi işimizə xeyli köməklik göstərmişdir.

Bələdiyyə büdcəsi

Gəlirlər

2022-ci il ərzində bələdiyyə gəlirləri 25120.53 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

- Fiziki şəxslərdən torpaq vergisi 6864.06 manat

- Fiziki şəxslərdən əmlak vergisi 1577.62 manat

- Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan gəlirlər 3900 manat

- Icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 7506.66 manat

- Dövlət tərəfindən bələdiyyəyə ayrılmış dotasiya 1820 manat

- 2022-ci ilin əvvəlinə qalıq 3452.19 manat

Xərclər

Hesabat dövründə bələdiyyənin xərcləri 23994.28 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

- əmək haqqı və onunla bağlı digər ödəmələr 13800 manat

- əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığorta) 4569.09 manat

- dəftərxana ləvazimatı, mal və materialın alınmasına 100 manat

- telefon və kommunal xərclərinin ödənilməsinə 225 manat

- maddi yardımlara 605 manat

- mətbuata abunə xərclərinə 277.2 manat

- yolların təmirinə 1000 manat

- sair xərclərə (Bələdiyyələrin Milli Assosiasiyasına üzvülük haqqı, reyester idarəsinə, Hərracların Təşkili Komitəsinə və s...) 3417.99 manat

Görülmüş işlər

Maddi yardımlar

Qaradağlı bələdiyyəsinin inzibati ərazi dairəsinə daxil olan Qaradağlı kənd sakininə məxsus 2 ailənin yaşadığı yaşayış evi əşyaları ilə birgə yanaraq kül olmuşdur. Bələdiyyə tərəfindən həmin ailələrə 605 manat məbləğində maddi yardım göstərilmişdir.

1 nəfər II Qarabağ müharibəsi veteranına 0.05 ha torpaq sahəsi həyətyanı məqsədi ilə bələdiyyə hesabına verilmişdir.

Təmir tikinti işləri

Hesabat dövrü ərzində Qaradağlı bələdiyyəsi tərəfindən Cücük kəndində 2 km və Qaradağlı kəndində 3 km məsafədə kənd yolu şebel və cınqıl daşla təmir olunub. Qaradağlı və Cücük kəndlərində 3 km uzunluğunda suvarma arxı qazılıb.                            

Bələdiyyənin inzibati binasının eyvan hissəsinin döşəmə və tavanı yenilənmiş, otaqlar kosmetik təmir olunmuşdur.

Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

2022-ci ilin 12 ayı ərzində 0.18 ha torpaq sahəsi həyətyanı məqsədi ilə biləvasitə və hərrac yolu ilə satılmışdır.

Tədbirlər

Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri müxtəlif respublika və yerli əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Bunlara milli bayramlar, anım günləri və zəfər günü ilə bağlı tədbirlərin təşkili, narkomaniyaya qarşı gənclərin maarifləndirilməsi üçün təşkil olunan iclaslar və avqust ayında İsmayıllı şəhərində keçirilmiş Kənd Təsərrüfatı sərgisi, dekabr ayında Azərbaycan kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağında iştirakı və çıxışı daxildir.

Sonda qeyd etmək istəyirəm ki, fəaliyyətimizdə bir başlıca məqsəd var, o da bizə səs vermiş seçicilərin etimadını doğrultmaqdır. Məqsədimiz, məramımız ancaq kəndlərimizin abadlaşdırılmasına, seçicilərimizin sosial problemlərinin həll olunmasına, bizə müraciət edən vətəndaşlarımızın hər birinin müraciətini nəzərə alaraq onun təmin olunmasına xidmət göstərməkdir.

Gələcəkdə işlərimizi elə quracağıq ki, hər zaman olduğu kimi Müzəffər Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Əliyevin sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə nail olaq.

Ağdaş rayon Qaradağlı bələdiyyəsi

ŞƏRHLƏR